November 2017
M T W T F S S
« Sep    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

PostHeaderIcon Bu dəfə “Gəncə”

 

“Qərb debisi” adlandırılan “Gəncə-“Turan” oyununa bu dəfə də maraq olduqca  yüksək idi. 8 ildən çoxdur “Turan”a qalib gələ bilməyən ev sahibləri nəhayət bu sindromu qırmalı idi. Komandamızın da oyuna qələbə üçün çıxdığı görünürdü. Maraqlı məqam isə 18-likdə yer alan futbolçularımızın 12-nin tovuzlu olmasıdı. Azərbaycan futboluna verdiyi töhvələrlə ad çıxaran komandamız görüşdə onlardan 9-nun xidmətindən yararlandı.  Qarşılıqlı hücumlarla keçən ilk yarıda Ceyhun Sultanovun  cərimə zarbəsindən sonar top qapı tirinə dəydi. Əvəzində Muammer Erdoğdu və Boris Kondev  hesabı açmaq üçün şans qazandılar. Lakin hər iki futbolçumuz dəqiq oynaya bilmədi. İkinci hissəyə komandamız daha üstün başladı. Ard-arda 4 qol epizodu yaratsaq da hesabı ev sahibləri açdı. Buna qədər ən real qol epizodu Rəşid Həsənovda oldu ki, hücumçumuz yaxın məsafədən başla topu yandan vurdu. Əvəzində Sabir Allahquliyev cərimə zərbəsindən havalandırılan topu başla qapımızdan keçirdi. Bundan sonra  hakim diqqət mərkəzinə düşdü. Oyunboyu verdiyi qərarlarla hamını təəccübləndirən gənc Rəhim Həsənov Naci Şensoyu tribunaya göndərdi. Buna səbəb baş məşqçimizin onun qərarına etiraz etməsidi. Halbuki fit sahibi özü kobud səhvə yol vermişdi. Hesabı bərabərləşdirmək üçün irəli atılan komandamız Fərmayıl Əliyevin sayəsində rəqibi məyus edə bilərdi. Amma gənc futbolçu uzun reydini nə dəqiq zərbə nə də ki, ötürmə ilə tamamlaya bilmədi.

 Unibank Premyer Liqası, XXVIII tur
“Gəncə” 1:0 “Turan” – 24.04.2011
24 aprel 2011. Saat 16:00. Gəncə şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Zeynal Zeynalov
Dördüncu hakim: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Samir Zərgərov, 26; Zura Dzamsaşvili, 50; Sabir Allahquliyev, 80; Edis Kurtanoviç, 84 // Elnur Abbasov, 38; Boris Kondev, 60
Qol: Sabir Allahquliyev, 62
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.

“Gəncə”
1. Edis Kurtanoviç
2. Xəyal Mustafayev
4. Azər Məmmədov (k)
6. Samir Zərgərov
(20. Vüsal Hüseynov, dəq.86)
8. Armand Fuetçine
10. Ceyhun Sultanov
(14. Asəf Qədiri, dəq.72)
11. Sabir Allahquliyev
13. Zura Dzamsaşvili
15. Şahin Kərimov
17. Renat Sultanov
(5. Mətləb Məmmədov, dəq.66)
23. Junivan Suares
Ehtiyat oyunçular:
22. Ruslan Məcidov 3. Vasif Haqverdiyev 25. Kristaps Qrebis 27. Ramazan Abbasov  

Baş məşqçi: Mehman Allahverdiyev

 “Turan”
85. Kamal Bayramov
2. Hüseyn İsgəndərov
(11. Azər Məmmədov, dəq.46)
3. Vurğun Hüseynov (k)
5. Muammer Erdoğdu
6. Elnur Abbasov
14. Viktor Qonta
(9. Rəşad Piriyev, dəq.85)
19. Rəşid Həsənov
(15. Cavid Tağıyev, dəq.54)
21. Rəşad Orucov
25. Martin Kerçev
26. Boris Kondev
45. Fərmayıl Əliyev 

Ehtiyat oyunçular: 12. Şamil Saidov 4. Ruslan Namazov 10. Xəyal Qarayev 22. Məhərrəm Müslümzadə 

Baş məşqçi: Naci Şensoy

Naci Şensoy, “Turan” klubunun baş məşqçisi: “Oyun haqqında heç nə demək istəmirəm. Hakimlikdən çox narazı qaldım. İkinci altılıq oyunu olsa da bu bir derbidir. Bu oyunu qiymətləndirməmək səhv addımdı. Təcrübəsiz hakimlər gözəl ab havanın adına xələl gətirdilər. İndiyə kimi qazandığımız qələbələrdə heç kim deyə bilməz ki “Turan” hakim köməyi ilə uddu. Amma nə qədər xalımız məhz hakimlərin səhvi ucbatından oğurlanıb. “Bakı” ilə oyunda təmiz penaltimiz verilmədi. “Qəbələ” ilə ev oyununda qapımıza vurulan ilk qolda qapıçımıza qarşı cərimə vardı. AZAL-la kubok oyununda buraxdığımız ikinci qol. Biz bura futbolun inkişafına kömək etməyə gəlmişik. “PRO” kateqoriyalı məşqçilərik, çpx əziyyət çəkirik. Amma təəssüf ki bunlar adamı axmaq yerinə qoymaq istəyirlər. Birinci hissədə mən futbolçularıma hakimə etiraz etməmələrini tapşırmışdım. Səhv etdikdə də ona “eybi yox” deyirdim. Amma gözümün önündə 9.15 m durmalı olan futbolçu heç 2 metr belə məsafə saxlamadan zərbənin qarşısı kəsib əks-hücum yaradır. Ona sarı vərəqə verməkdənsə mənə heç bir xəbərdalıq etmədən tribunaya yollayır”.

Mehman Allahverdiyev, “Gəncə” klubunun baş məşqçisi: “Çox maraqlı oyunun şahidi olduq. “Turan”la oyunlarımız həmişə derbi olub. Hər iki komandanın oyunçularını gözəl oyuna görə təbrik edirəm. Qalib gəlmək istəyirdik, buna da nail olduq. Oyunçularımdan razıyam, səhvlərimiz olsa da, üzərində işləyəcəyik. Fikrimcə, gənc hakimlərə şans vermək lazımdır”.

PostHeaderIcon QƏLƏBƏ HESABINI QORUYA BİLMƏDİK

 

Unibank Premyer Liqası, XXVII tur
“Muğan” 2:1 “Turan” – 16.04.2011

 

16 aprel 2011. Saat 15:00. “Şəfa” stadionu. 300 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Samir Hacıyev, Zeynal Zeynalov
Dördüncu hakim:
Alik Yunusov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Ekrem Hodziç, 20; Angel Qutierrez, 45; Novruz Məmmədov, 54; Miloş Zeçeviç, 90 // Rəşid Həsənov, 28
Qollar: Samuel Barlay, 14; Angel Qutierrez, 20 // Cavid Tağıyev, 5
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq. 

“Muğan”

1. Amil Ağacanov (k)
3. Miloş Zeçeviç
5. Novruz Məmmədov
6. Taqim Novruzov
8. Tural Axundov
9. Elşən Məmmədov
(16. Sergey Çernışev, dəq.78)
18. Samuel Barlay
19. Zaur Əsədov
(39. Hüseyn Axundov, dəq.85)
26. Ekrem Hodziç
30. Angel Qutierrez
(11. Con Pelu, dəq.88)
77. Reis Klaudinei

Ehtiyat oyunçular:

12. Davud Kərimi
7. Pərvin Paşayev
14. Fərid Həşimzadə
34. Cavad Mirzəyev

Məşqçi: Bəhmən Həsənov

“Turan”

85. Kamal Bayramov
(12. Şamil Saidov, dəq.85)
2. Hüseyn İsgəndərov
3. Vurğun Hüseynov (k)
5. Muammer Erdoğdu
21. Rəşad Orucov
14. Viktor Qonta
(11. Azər Məmmədov, dəq.71)
25. Martin Kerçev
15. Cavid Tağıyev
10. Xəyal Qarayev
(45. Fərmayıl Əliyev, dəq.55)
19. Rəşid Həsənov
26. Boris Kondev

Ehtiyat oyunçular:

17. Orxan İsmayılov
16. Oleq Qvelesiani
6. Elnur Abbasov
4. Ruslan Namazov

Baş məşqçi: Naci Şensoy

 

 

 

 

Naci Şensoy, “Turan” klubunun baş məşqçisi: “Klassik bir oyunun şahidi olduq. Hər iki komanda “ikinci altılıq”da da zövqlü oyunların ola biləcəyini göstərdi. “Muğan”ı qələbə münasibəti ilə təbrik edirəm, yaxşı komandadır, xəttlərarası əlaqə yaxşı səviyyədədir. Bu gün əsas heyətimizin üç futbolçusu zədə səbəbindən oyunda iştirak etmirdi. İlk qolu biz vurduq, lakin hesab bərabərləşəndən sonra “Muğan” daha yaxşı oynadı və ikinci qolu vura bildi. İkinci hissədə üstünlük biz tərəfdə idi. Bu gün ən azı heç-heçəyə layiq idik. Qarşıdakı 5 oyunda daha yaxşı nəticə qazanmalıyıq. Hakimlərin oyunu çox yaxşı idarə etdiyini qeyd etmək istərdim”.

Bəhmən Həsənov, “Muğan” klubunun məşqçisi: “”Turan”la oyunumuz maraqlı alındı. Rəqibin AZAL-la oyununu izləmişdim, lakin bugünkü taktika fərqli idi. İlk qolu buraxdıqdan sonra komanda oyunda dəyişiklik edə bildi, qalib gəldik. Hər oyuna eyni motivasiya ilə çıxırıq, “Muğan”ın adı üçün oynayırıq. Qarşıdakı oyunlarda gənc futbolçulara üstünlük verəcəyik. “Turan”ı gözəl oyuna görə təbrik edirəm”.

PostHeaderIcon TURUN STATİSTİKASI

Bəli, səbirsizliklə gözlədiyi gün gəlib çatdı.14 medalla  (11 qızıl, 2 gümüş, 1 bürünc) ölkə rekorduna sahib olan  Mahmud Qurbanov, nəhayət ki, 400-cü oyununu keçirməklə, yeni rekorda imza atdı. O, ilk oyununu “Kəpəz”in heyətində 03.05.1992-ci ildə “Turan”a, 100-cü oyununu 05.11.1995-ci il tarixdə “Şəmkir”ə, 200-cü oyununu “Şəmkir”in heyətində 05.03.2000-ci il tarixdə yenə də “Turan”a, Xəzər-L“-nın heyətində 300-cü oyununu 26.11.2005-ci ildə “MKT-Araz”a, qarşı keçirib. Meydana çıxdığı ilk gündən  “Qarabağ”la oyunadək 6923 gündən sonra, o, 400-cü oyununu keçirməklə, yeni ölkə rekordunu müəyyən etdi.

Bu tur “Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında yer alan futbolçulardan 11-i meydanda olub. Mahmud Qurbanov yeni rekord qazanmaqla yanaşı, zirvəyə doğru ən çox irəliləyişə Rəşad Abdullayev nail olub. O. Bu tur 3 rəqibini arxada qoyub:
1.(1).Mahmud Qurbanov (“Bakı”)         400
15.(15).Samir Musayev (“Simurq”)       287
28.(28). Rauf Mehdiyev (“Neftçi”)        258
33.(34).Samir Əliyev (“Simurq”)           250
57.(58).Ceyhun Sultanov (“Gəncə”)      224
59.(61).Rəşad Abdullayev (“Neftçi”)     223
75.(76).Cahangir Həsənzadə (AZAL)    207
77.(78).Elşən Məmmədov (“Muğan”)   206
85.(85).Rəşad Sadiqov (“Qarabağ”)       202
89.(90).Ramin Quliyev (“Qəbələ”)        196
97.(98).Vasif  Haqverdiyev (“Gəncə”)   190

Rəşad Abdullayev təkcə böyük sıçrayışla deyil, “100 ən çox qol vuran futbolçu”lar siyahısında fərqlənən yeganə futbolçudur. Bu siyahıda, o, 2 rəqibini qabaqlayıb:

60.(61).Rəşad Abdullayev (“Neftçi”)              33

Böyük dəyişikliklər ardıcıl oyunlar seriyasında baş verib. Uzun müddətdir liderliyi əldən verməyən Pavel Dorosevs (“Qəbələ”-40 oyun) meydana çıxmadığından liderliyi əldən verib. 2-ci yerin sahibi Kamal  Bayramov (“Turan”-30) isə zədə üzündən meydanı tərk etdiyindən, o da zirvədən enib. Bundan əlavə, 6-cü pillənin sahibi Azər Məmmədov (“Gəncə”-16) da meydana çıxmayıb.Hazırda həmin siyahının “onluğ”u belədir:

1.Ansi Aqolli (“Qarabağ”)                         25
2.Cahangir Həsənzadə (AZAL)                19
3.İqor Mitreski (“Neftçi”)                          18
4.Volodimir Levin (“İnter”)                       16
5.Rüstəm Məmmədov (“Simurq”)             15
6.Amil Ağacanov (“Muğan”)                     14
7.Nuqzar Kvirtiya (AZAL)                        14
8.Vurğun Hüseynov (“Turan”)                  11
9.Novruz Məmmədov (“Muğan”)              10
10.Oleksandr Çertoqanov (“İnter”)          10
11.Mikayıl Rəhimov (“Simurq”)                10

“Ən çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısında yer alan futbolçulardan yalnız 5-i fərqlənə bilib. Siyahıya yenicə qədəm qoyan Boyan Pavloviç 13 rəqibini üstələməklə, xeyli irəliləyə bilib:

27.(27).Marko Şarliya (“Bakı”)                27
37.(37).Edis Kurtanoviçus (“Gəncə”)      21
52.(52).Anar Nəzirov (“Qəbələ”)              15
75.(85).Şamil Saidov (“Turan”)                  7
92.(105).Boyan Pavloviç (“Qarabağ”)    6

Turun ən yaddaqalan hadisəsi, şübhəsiz, Mahmud Qurbanovun 400 oyun keçirməklə, yeni rekord qırması oldu. Bu, “Bakı”-“Qarabağ” oyununda baş verdi.
Həmin qarşılaşmada Elnur Abdullayev 150-ci,Aleksey Savinov və Aleksandr Soliç 50-ci oyununu keçirdi.
Çempionatımızın digər bir rekorduna isə “Neftçi” imza atdı. AZAL-la qarşılaşmada komandanın qazandığı qələbə “Neftçi”nin Premyer Liqada 300-cü qələbəsi oldu. Bu, eyni zamanda, Azerbaycan çempionatının rekord nəticəsidir.
MOİK-“Gəncə” qarşılaşmasında Sabir Allahquliyevin topu “Gəncə”nin səfərdə rəqib qapısına vurduğu 250-ci qol oldu. Bu oyunda Xəyal Mustafayev 150-ci oyununu keçirdi.
“Qəbələ”-“Simurq” qarşılaşmasında isə, Samir Əliyev 250-ci,Kristian Torres 50-ci oyununu keçirdi.

RASİM ƏLİYEV

PostHeaderIcon TURUN STATİSTİKASI

Bu tur “”Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında yer alan futbolçulardan 11-i meydanda olub. Onlardan Aim Qurbanov və Ceyhun Sultanov daha çox – 2 pillə irəliləyə bilib.

5.(5).Azər Məmmədov (“Gəncə”) 344
28.(28). Rauf Mehdiyev (“Neftçi”)        257
41.(43).Alim Qurbanov (“Xəzər-L”)     237
44.(45).R\əfael Əmirbəyov (“Bakı”)     236
58.(60).Ceyhun Sultanov (“Gəncə”)      223
60.(61).Rəşad Abdullayev (“Neftçi”)     222
76.(77).Cahangir Həsənzadə (AZAL)    206
78.(78).Elşən Məmmədov (“Muğan”)   205
85.(86).Rəşad Sadiqov (“Qarabağ”)       201
90.(90).Ramin Quliyev (“Qəbələ”)        195
98.(98).Vasif  Haqverdiyev (“Gəncə”)   189 

XXVI turda “Çempionatın 100 ən çox qol vuran futbolçuları”ndan heç kəs fərqlənə bilməsə də, “Ən çox oyunda qol buraxmayan 100 qapıçılar”ın siyahısında həmişəki kimi dəyişiklik baş verib. Bu dəfə siyahıda yer alan qapıçılardan 3-ü fərqlənməklə yanaşı, Boyan Pavloviç 4 “Quru oyunla” siyahının yeni sakininə çevrilib:

5.(5).Cahangir Həsənzadə (AZAL)          91
13.(13).Kamran Ağayev (“Xəzər” L)      56
28.(30).Pavels Dorosevs (“Qəbələ”)        26
92-105.(-).Boyan Pavloviç (“Qarabağ”)  4

Ardıcıl oyunlar seriyasına isə, “Simurq”un qapıçısı Adnan Hodziç bu turu buraxmaqla,  24 oyunla tutduğu 3-cü pilləni birdəfəlik təhvil verib:

1.Pavels Dorosevs (“Qəbələ”)                40
2.Kamal Bayramov (“Turan”)                   30
3.Ansi Aqolli (“Qarabağ”)                         24
4.Cahangir Həsənzadə (AZAL)                18
5.İqor Mitreski (Neftçi)                            17
6.Azər Məmmədov (“Gəncə”)                  16
7.Volodimir Levin (“İnter”)                       15
8.Rüstəm Məmmədov (“Simurq”)             14
9.Nuqzar Kvirtiya (AZAL)                        13
10.Amil Ağacanov (“Muğan”)                   13

Bu turda yaddaqalan faktlara az rast gəlinsə də, baş verdi. Belə ki:

- AZAL-“Bakı” oyununda AZAL-n qələbəsi tarixi bir qələbə oldu. Belə ki, bu məğlubiyyət “Bakı”nın Premyer Liqada 100-cü məğlubiyyəti oldu.
 -“Turan”-“Qəbələ” qarşılaşmasında Saşa Yunisoğlunun qolu Premyar Liqada “Turan”ı məyus edən 550-ci qol oldu.
-“Gəncə”-“Muğan” oyununda isə, Samir Abdulov cəmi 3 dəqiqə meydanda olsa da, bu onun milli çempionatda 100-cü oyunu oldu.

                                                      RASİM ƏLİYEV

PostHeaderIcon FİNAL MƏRHƏLƏSİNDƏ İLK MƏĞLUBİYYƏT

Unibank Premyer Liqası, XXVI tur
“Turan” 0:2 “Qəbələ”
– 09.04.2011

 

09 aprel 2011. Saat 15:00. Tovuz şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Elşən Durmuşov
Dördüncu hakim: Rasim Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Rəşid Həsənov, 52 // Abdulkader Kamara, 34; Ramin Quliyev, 59; Murad Hüseynov, 87
Qollar: Saşa Yunisoğlu, 61; Deon Barton, 85
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə - 2 dəq.

“Turan”

85. Kamal Bayramov
2. Hüseyn İsgəndərov
3. Vurğun Hüseynov (k)
5. Muammer Erdoğdu
10. Xəyal Qarayev
(20. Georgi Beriaşvili, dəq.69)
14. Viktor Qonta
19. Rəşid Həsənov
(11. Azər Məmmədov, dəq.83)
21. Rəşad Orucov
25. Martin Kerçev
16. Oleq Qvelesiani
45. Fərmayıl Əliyev
(8. Akif Tağıyev, dəq.75)

Ehtiyat oyunçular:

12. Şamil Saidov
4. Ruslan Namazov
26. Boris Kondev
22. Məhərrəm Müsümzadə

Baş məşqçi: Naci Şensoy

“Qəbələ”

12. Pavels Dorosevs
6. Lyuba Baranin
10. Deon Barton
14. Milan Antiç
15. Razvan Tarlea
16. Abdulkader Kamara
17. Arif İsayev
(19. Branimir Subaşiç, dəq.60)
18. Qoqa Beraya (k)
(4. Ramin Quliyev, dəq.50)
22. Murad Hüseynov
33. Saşa Yunisoğlu
34. Stiv Olfers

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
5. Sergey Sokolov
20. Kristian Torres
24. Tərzin Cahangirov
25. Nuran Qurbanov

Baş məşqçi: Toni Adams

 

Toni Adams, “Qəbələ” klubunun baş məşqçisi: “Stadionun vəziyyəti yaxşı deyildi. Bu cür meydanda yaxşı oyun göstərmək olmaz. Futbolun inkişafı üçün müvafiq meydançalar olmalıdır. “Turan” Azərbaycanın köklü, tarixi olan klublarından biridir”.

Naci Şensoy, “Turan” klubunun baş məşqçisi: “Meydançanın vəziyyəti yaxşı oyun göstərməyimizə mane oldu. Rəhbərlikdən xahiş edəcəyik ki, gələn mövsümdən etibarən oyunlarımızı süni örtüklü meydançada keçirək. Zaqatalada “Simurq”la oyunumuz yaxşı alındı, burada isə futbolçularım istənilən oyunu göstərə bilmədi. İlk hissədə iki qol imkanımız oldu, istifadə edə bilədik. Futbolda “vurmayana vurarlar” qaydası işləyir. “Qəbələ”ni qələbə ilə təbrik edirəm. Bu oyunda azarkeşlərimizi gözəl oyunla sevindirmək istəyirdik, təəssüf ki, alınmadı, onlardan üzr istəyirəm. Bizi dəstəkləməyə davam etmələrini xahiş edirəm”.

PostHeaderIcon 5 futbolçumuz milli komandalarda

Yaranığı gündən Azərbaycan futbolunun inkişafına xidmət edən “Turan” PFK milli komandalara qazandırdığı futbolçularla da öyünür. Təlim məşq toplanışına yığışan müxtəlif yaş qrupları üzrə yığmalara 5 futbolçumuz əvət alıb. Vurğun Hüseynov əsas millinin, Akif Tağıyev və Qüvvət Əmrahov U-21-in,  Emin Mirzəliyev və Budaq Nəsirov is U-17-nin düşərgəsinə dəvə alıblar.

PostHeaderIcon TURUN STATISTIKASI

“Çempionatın 100 ən çox oyun keçirən futbolçuları” siyahısında yer alan futbolçulardan 11-i yaşıl meydanda olub. Onlardan Elşən Məmmədov daha çox – 3 pillə irəliləyə bilib:
5.(5).Azər Məmmədov (“Gəncə”)            343
15.(16).Samir Musayev (“Simurq”)       286
23.(25).Yaşar Abuzərov (“Qəbələ”)      263
28.(28). Rauf Mehdiyev (“Neftçi”)        256
45.(46).R\əfael Əmirbəyov (“Bakı”)     235  
61.(61).Rəşad Abdullayev (“Neftçi”)     221
76.(76).Emin Quliyev (“Simurq”)         205
77.(77).Cahangir Həsənzadə (AZAL)    205
78.(81).Elşən Məmmədov (“Muğan”)   204
86.(87).Rəşad Sadiqov (“Qarabağ”)       200
98.(98).Vasif  Haqverdiyev (“Gəncə”)   188  

“100 ən məhsuldar hücumçu” siyahısında isə təkcə Junivan Suares fərqlənə bilib.O, bir rəqibini önə keçə bilib:
56.(57).Junivan Sures (“Gəncə”)           35  

“Qapısını daha çox toxunulmaz saxlayan 100 qapıçı”siyahısında aktivlik görünməkdədir. Bu tur 6 qapıçı aktivinə daha bir rəqəm əlavə edib. Onlardan Amil Ağacanov daha çox – 3 pillə irəliləyə bilib:

  1.(1).Rauf Mehdiyev (“Neftçi”)             133
5.(5).Cahangir Həsənzadə (AZAL)           90
13.(14).Kamran Ağayev (“Xəzər” L)       55
27.(26).Marko Şarliya (“Bakı”)                26
38.(41).Amil Ağacanov (“Muğan”)         20
55.(56).Kamal Bayramov (“Turan”)        13

Əvəzolunmadan ardıcıl oyunlar seriyasında da nəzərəçarpacaq dəyişiklik baş verib. Belə ki, bu turda meydandan kənarda qalan “Simurq”lu Elvin Yunusov 23 oyundan, “Bakı” futbolçusu Cəmşid Məhərrəmov isə 19 oyundan sonra cədvəli tərk edib. Hazırda daha çox ardıcıl oyunlar seriyasına əvvəlkitək Pavel Dorosevs başçılıq edir:

1.Pavels Dorosevs (“Qəbələ”)                39
2.Kamal Bayramov (“Turan”)                   29
3.Adnan Hodziç (“Simurq”)                      24
4.Ansi Aqolli (“Qarabağ”)                         23
5.Cahangir Həsənzadə (AZAL)                17
6.İqor Mitreski (Neftçi)                            16
7.Azər Məmmədov (“Gəncə”)                  15
8.Volodimir Levin (“İnter”)                       14
9.Rüstəm Məmmədov (“Simurq”)             13
10.Nuqzar Kvirtiya (AZAL)                      12
11.Amil Ağacanov (“Muğan”)                   12

Bu tur bir sıra faktlarla da yadda qalıb:                    
-         “Neftçi”-“Qarabağ” qarşılaşmasında Rəşad Sadiqov 200-cü,Cavid İmamverdiyev 50-ci oyununu, “Bakı” – “Xəzər” L oyununda isə Jaba 50-ci oyununu keçirdi.
-         “Turan”la qarşılaşmada “Simurq” Premyer Liqada 50ci məğlubiyyətinə uğradı. Bu oyunda Muammer Erdoğdu və Qərib İbrahimov  50-ci oyunlarını qeyd etdilər.
RASİM ƏLİYEV

PostHeaderIcon QƏLƏBƏ SERİYASI DAVAM EDİR

“ALTILIQ”DA ÜÇÜNCÜ OYUNUNU SƏFƏRDƏ KEÇİRƏN KOMANDAMIZA BU GÖRÜŞDƏ QƏLƏBƏ ÇOX VACİB İDİ. ƏKS TƏQDİRDƏ RƏQİB XAL FƏRQNİ 3-Ə ENDİRƏRƏK İŞİMİZİ BİR QƏDƏR ÇƏTİNLƏŞDİRCƏKDİ. LAKİN SON İKİ OYUNDA QAPISINI TOXUNULMAZ SAXLAMAĞI VƏ HƏR İKİ OYUNU QƏLƏBƏ İLƏ BAŞA VURMAĞA NAİL OLAN “TURAN” BU SINAQDAN DA ÜZÜAĞ ÇIXA BİLDİ. BAŞDAN SONA ÜSTÜN OYUN NÜMAYİŞ ETDİRƏN KOMANDAMIZ GEİORGİ BERİAŞVİNİN QOLUYLA MEYDANI QALİB TƏRK ETDİ.  OYUN ƏRZİNDƏ ƏN AZI 6-7 REAL QOL FÜRSƏTİNİN DƏ QAÇDIĞINI QEYD EDƏK. BELƏ Kİ BİR DƏFƏ YASİN ABBASOV VƏ GEORGİ BERİAŞVİNİN ZƏRBƏSİ DİRƏYƏ TUŞ GƏLDİ. VİKTOR QONTA, YASİN ABBASOV, MARTİN KERÇEV, GEORGİ BERİAŞVİLİ, RƏŞİD HƏSƏNOV DA ADINI TABLOYA YAZDIRA BİLƏRDİLƏR. BUNA YA RƏQİB QAPIÇI YADA Kİ, FUTBOLÇULARIMIZIN AZACIQ HƏDƏFDƏN YAN ÖTMƏLƏRİ MANE OLDU.

Naci Şensoy, “Turan” klubunun baş məşqçisi: “Oyunçularımı təbrik edirəm, bu gün çox yaxşı oynadılar. Əsas sonadək mübarizə aparmaq idi. Hamısını təbrik edirəm. Rəqibə çox az qol imkanı verdilər. Bu gün psixoloji üstünlük biz tərəfdə idi, daha rahat oynayırdıq. Məğlub olsaydıq belə, “Simurq”la xal fərqini qoruyacaqdıq”.

Cokiça Hadziyevski, “Simurq” klubunun baş məşqçisi: “Həmkarımı qələbə münasibəti ilə təbrik edirəm. Bu bizim üçün vacib oyun idi. “Turan”ın bizdən çox güclü olduğunu qeyd etməliyəm. Azarkeşlərimizə qələbə sevinci yaşada bilmədiyimiz üçün üzülürəm. Əvvəlki oyunlarda azarkeşlər vurduğumuz qollara sevinirdilər, indi isə alınmır. Əvvəllər belə halla rastlaşmamışam. Bundan öncəki oyundan sonra istefa vermək istədiyimi bildirmışdim, lakin rəhbərlik bunu qəbul etmədi. Fikrimcə, bu gün həm biz, həm “Turan” klubu hakimlikdən razı qaldı”.

Unibank Premyer Liqası, XXV tur
“Simurq” 0:1 “Turan”
– 03.04.2011

03 aprel 2011. Saat 15:00. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 250 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Mübariz Həşimov, Elşən Acalov
Dördüncu hakim:
Hacıəli Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Tofiq Mikayılov, 66 // Rəşid Həsənov, 41; Georgi Beriaşvili, 73
Qol: Georgi Beriaşvili, 8
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Simurq”  

22. Adnan Hodziç
17. Rüstəm Məmmədov (k)
4. Emin Quliyev
(14. Anar Həsənli, dəq.60)
6. Mikayıl Rəhimov
8. Qərib İbrahimov
25. Tofiq Mikayılov
29. İlkin Qırtımov
9. Əli Bağırov
16. Samir Musayev
10. Vasif Əliyev
(23. Camal Məmmədov, dəq.81)
19. Ramin Nəsibov
(20. Qafar Qafarov, dəq.46)

Ehtiyat oyunçular:

1. Fuad Əhmədov
3. Rasim Ramaldanov
15. Elvin Musazadə
2. Səbuhi Həsənov

Baş məşqçi: Cokiça Hadziyevski

“Turan”

85. Kamal Bayramov
2. Hüseyn İsgəndərov
3. Vurğun Hüseynov (k)
5. Muammer Erdoğdu
21. Rəşad Orucov
25. Martin Kerçev
14. Viktor Qonta
19. Rəşid Həsənov
(16. Oleq Qvelesiani, dəq.58)
26. Boris Kondev
(22. Məhərrəm Müsümzadə, dəq.83)
20. Georgi Beriaşvili
(45. Fərmayıl Əliyev, dəq.76)
28. Yasin Abbasov

Ehtiyat oyunçular:

12. Şamil Saidov
11. Azər Məmmədov
10. Xəyal Qarayev
7. Akif Tağıyev

Baş məşqçi: Naci Şensoy

PostHeaderIcon U-13 ÇEMPİON OLDU

Qızlardan sonra “Turan”ın U-13-dən də şad xəbər gəldi. Şəmkirdə keçirilən U-13 liqasının zona birinciliyində komandamız son oyununu da qələbəylə başa vuraraq yarışın qalibi adını qazanaraq finallara vəsiqə qazandı. Gəncə “Avtomobilçi” üzərində qələbədəki pay sahibləri hərəyə bir dəfə fərqlənən Emin Yusifli, Eltun Şahquliyev və dubla imza atan Pərvin Əliyev oldular. Keçirdiyi bütün oyunları qələbə ilə başa vuran Yusif Cəfərovun yetirmələri top fərinə görə də öyünə bilərlər – 30-2! Oğlanların yarışı olmasına baxmayaraq komandamızda Vüsalə Hacıyeva da çıxış edirdi ki, buna da bir çoxları həsəd apara bilərlər. Vüsalə keçirdiyi 9 oyunda rəqib qapısına 1 dəfə yol tapıb. Digər sevindirici məqam bombardirlər yarışına 2 futbolçumuzun başçılıq etməsidi. Hərəyə 12 top vuran Emin Yusifli və Pərvin Əliyev yarışın ən sərrast futbolçuları adını qazanıblar.

PostHeaderIcon QADIN FUTBOLUNDA İLK UĞUR

 

Qızlar arasında Mingəçevir şəhərində keçirilən “Novruz” kubokuna yekun vuruldu. Yarışda iştirak edən “Turan” turnirin baş mükafatına sahib oldu. 4 komandanın iştirak etdiyi yarış pley-off sistemi üzrə keçirilirdi. Yarımfinal görüşündə Naftalanı 13:0 hesabı ilə darmadağın edən komandamız Qaxı 7:0 hesabı ilə məlub edən Ağstafalı futbolçularla finalda üz-üzə gəldilər. Gərgin və maraqlı keçən görüşdə “Turan” 4:2 hesablı qələbə qazanaraq kuboku Tovuza gətirdilər. Komandamızın üzvlərindən Vüsalə Hacıyeva və Aynur Əliyevə milli komandamızın seleksionerlərinin də diqqətini cəlb etdilər.