where to get installment loans with bad credit
November 2014
M T W T F S S
« Sep    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

PostHeaderIcon TURUN STATİSTİKASI

“Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında son tur 9 futbolçu meydanda olub. Onlardan Rəşad Abdullayev daha çox – 3 pillə irəliləyib. Ən diqqətçəkən məqam siyahıya yeni futbolçunun – Ramal Hüseynovun da adının daxil olması olub:

1.(1).Mahmud Qurbanov (“Bakı”)                  404

23.(23).Yaşar Abuzərov (“Qəbələ”)                266

26.(26).Rauf Mehdiyev (“Neftçi”)                  261

41.(42).Alim Qurbanov (“Xəzər-L”)               238

54.(57).Rəşad Abdullayev (“Neftçi”)              227

74.(74). Cahangir Həsənzadə (AZAL)             211

77.(78).Rəşad Sadiqov (“Qarabağ”)                207

91.(92).Fərhad Vəliyev (“Qarabağ”)               193

100-101.(-).Ramal Hüseynov (“Gəncə”)        187 

“Çempionatın 100 ən çox qol vuran futbolçusu” siyahısında cəmi 2 futbolçu fərqlənə bilib. Onlardan Yaşar Abuzərov daha çox – 3 pillə irəliləyə bilib:

28.(28).Georgi Adamiya (“Qarabağ”)             53

68.(71).Yaşar Abuzərov (“Qəbələ”)                29

“Ən çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısında isə yalnız 1 qapıçı – Georgi Lomaya fərqlənib:

47.(49).Georgi Lomaya (“İnter”)                     18

Son turda da bir sıra yaddaqalan məqamlar baş verib:

-AZAL-“Qarabağ” qarşılaşmasında ağdamlılar Premyer Liqada 500-cü oyununu keçirdiyi halda, “Neftçi”-“Xəzər L” qarşılaşmasında  lənkəranlılar səfərdə 100-cü oyununu keçirdi..

-“Qəbələ”-“Muğan” qarşılaşmasında qəbələlilər Premyer Liqada 50-ci qələbəsini qazandılar.Murad Hüseynovun qolu Davud Kərimini məyus edən 150-ci qol oldu.Bu oyunda Ravi Rəhmanov 50-ci oyununu keçirdi.

-MOİK-“Turan” qarşılaşmasında Azər Məmmədovun qolu hərbçilərin Premyer Liqada qapısına vurulan ümumilikdə 450-ci, ev oyunlarında isə 200-cü qol oldu.

-“Bakı”–“İnter” qarşılaşmasında Vaqif Cavadov 100-cü Bəxtiyar Soltanov isə 50-ci oyununu keçirdi

- Son turda “Gəncə”nin heyətində  7, “Turan”ın heyətində 6 futbolçu debüt etdi

RASİM ƏLİYEV

PostHeaderIcon “TURAN”IN YENİ BAŞ MƏŞQÇİSİ ƏSGƏR ABDULLAYEV OLDU

 

Yeni baş məşqçi axtarışlarını davam etdirən klub rəhbərliyi Əsgər Abdullayevlə razılığa gəlib. Bu saatlarda “Turan” PFK-nın prezidenti Musa Süleymanovla  tanınmış mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. Baş məşqçi ilə bir illik müqavilə imzalanıb. Vaxtilə millimizi çalışdırmış Əsgər Abdullayev “Bakı”, AZAL kimi iddialı komandaların da başında olub . Yaxın günlərdə növbəti mövsümün planları haqda ətraflı məlumat veriləcək.

PostHeaderIcon TURUN STATISTIKASI

  “Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında yer alan futbolçulardan yalnız 8-i meydanda olub. Onlardan Ceyhun Sultanov və Fərhad Vəliyev daha çox – 3 pillə irəliləyib:

 1.(1).Mahmud Qurbanov (“Bakı”)                  403

 5.(5).Azər Məmmədov (“Gəncə”)          348

 23.(23).Yaşar Abuzərov (“Qəbələ”)                265

 53.(56).Ceyhun Sultanov (“Gəncə”)               227

 57.(58).Rəşad Abdullayev (“Neftçi”)              226

 74.(74). Cahangir Həsənzadə (AZAL)             210

 78.(79).Rəşad Sadiqov (“Qarabağ”)                206

 92.(95).Fərhad Vəliyev (“Qarabağ”)               192  

 “Çempionatın ən çox qol vuran 100 hücumçusu” siyahısında isə yalnız Georgi Adamiya fərqlənsə də, o, bu işin öhdəsindən artıqlaması ilə gələrək, 4 pillə önə keçib:

  28.(32).Georgi Adamiya (“Qarabağ”)             52

 “Daha çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısında isə 7 qapıçı aktivinə daha bir “quru oyun”əlavə edib. Daha böyük sıçrayış isə Elnar Kərimovun aktivinə yazılıb:

   5.(5).Cahangir Həsənzadə (AZAL)                  92

 9.(9).Fərhad Vəliyev (“Qarabağ”)          77

 28.(28).Pavel Dorosevs (“Qəbələ”)                 27

 42.(45).Davud Kərimi (“Muğan”)                   19

 49.(51).Georgi Lomaya (“İnter”)                     17

 53.(55).Kamal Bayramov (“Turan”)               14

 93.(103).Elnar Kərimov (“Qəbələ”)                  5

 “Əvəzolunmadan ardıcıl oyunlar seriyası”nda cuzi dəyişiklik baş verib. Belə ki, 17 oyunla 3-cü pillədə qərarlaşan Amil Ağacanov öz yerini təhvil verib. Cədvələ isə Milan Antiç yenicə qoşulub:

 1.Ansi Aqolli (“Qarabağ”)                         29                          
2.Volodimir Levin (İnter)                            20                           
3.Vurğun Hüseynov (“Turan”)                  15                          
4.Ştiv Olfers (“Qəbələ”)                           12                              
5.Admir Teli (“Qarabağ”)                              12                              
6.Stefan Bates (“Bakı”)                               12                              
7.Miloş Zeçeviç (“Muğan”)                      12                           
8.Milan Antiç (“Qəbələ”)                               10

 Bu turda da yaddaqalan məqamlar kifayət qədər baş verib:

  -“Qarabağ” – “Neftçi” qarşılaşmasında Georgi Adamiyanın vurduğu 1-ci qol, gürcü legionerin milli çempionatda 50-ci qolu oldu. Həmin oyunda Ruslan Əmircanov Premyer Liqada 150-ci, Vüqar Nadirov isə, “Qarabağ”ın heyətində 100-cü  oyununu keçirdi

 -“Xəzər-L” – “Bakı” qarşılaşması lənkəranlıların Premyer Liqada 200-cü, evdə isə 100-cü oyunu oldu.

 -“Muğan” – MOİK qarşılaşmasında Con Pelunun vurduğu qol, hərbçilərin səfərdə qapısına vurulan 250-ci qol oldu. Həmin oyunda Taqim Novruzov və Nizami Hacıyev 100-cü oyununu keçirdi.                       

 -“İnter” – AZAL oyununda isə, Branislav Çervenko 100-cü oyununu keçirdi

                                                          RASİM ƏLİYEV

PostHeaderIcon Son ev oyununda qələbə qazandıq

 

Unibank Premyer Liqası, XXXI tur
“Turan” 2:1 “Simurq”
– 12.05.2011

12 may 2011. Saat 16:00. Tovuz şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Nahid Əliyev
Dördüncü hakim: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Qurban Məmmədov
Sarı vərəqələr: Azər Məmmədov, 21; Cavid Tağıyev, 80 // Laçın Şəkərov, 48
Qollar: Vurğun Hüseynov, 4; Muammer Erdoğdu, 28 // Qafar Qafarov, 60
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə - 3 dəq.

“Turan”

85. Kamal Bayramov
(1. Natiq Səhrətov, dəq.36)
3. Vurğun Hüseynov (k)
4. Ruslan Namazov
(24. Seymur Tağıyev, dəq.67)
5. Muammer Erdoğdu
(22. Məhərrəm Müslümzadə, dəq.40)
10. Xəyal Qarayev
11. Azər Məmmədov
15. Cavid Tağıyev
17. Orxan İsmayılov
21. Rəşad Orucov
28. Yasin Abbasov
45. Fərmayıl Əliyev

Ehtiyat oyunçular:

7. Qalib Əmrahov
9. Rəşad Piriyev
27. Qüvvət Əmrahov
78. Emin Müsəllimli

Məşqçi:
Eltay Aslanov

“Simurq”  

1. Fuad Əhmədov
2. Səbuhi Həsənov
3. Rasim Ramaldanov (k)
5. Elvin Yunusov
17. Rüstəm Məmmədov
6. Mikayil Rəhimov
8. Qərib İbrahimov
(28. Laçın Şəkərov, dəq.46)
10. Vasif Əliyev
(21. Nəsib Əliyev, dəq.79)
15. Elvin Musazadə
(18. Dilqəm Əsgərov, dəq.46)
20. Qafar Qafarov
25. Tofiq Mikayılov

Ehtiyat oyunçular:

12. Tural Abbaszadə
13. Təbriz Mütəllimov

Baş məşqçi:
Cokiça Hadziyevski

 

Cokiça Hadziyevski, “Simurq” klubunun baş məşqçisi: “”Turan” komandasını təbrik edirəm. Hakimlər oyunu yüksək səviyyədə idarə etdi. Oyunun atmosferi çox gözəl idi. İlk hissədə “Turan” komandası oyuna çox yaxşı başlamışdı. Rəqib 2 qol vurduqdan sonra qapıçısını və Muammer Erdoğdunu dəyişdi. Biz istəyirdik ki, daha bir qol vuraq və bugünkü oyunu heç-heçə bitirək. Təəssüf ki, bu, alınmadı. Bugünkü oyunda ancaq yerli futbolçular çıxış edirdi, meydanda cəmi 1 legioner var idi. Həm biz, həm də rəqibimiz gənc yerli futbolçulara üstünlük vermişdi. Məşqçilik karyeramda ilk dəfə olaraq başçılıq etdiyim komanda aşağı diviziona düşdü”.

Eltay Aslanov, “Turan” klubunun məşqçisi: “İlk növbətə bütün “Turan”sevərləri klubun Premyer Liqada qalması münasibəti ilə təbrik edirəm. “Simurq” komandasına növbəti ildə elitaya qayıtmağı arzulayıram. “Turan”a maddi və mənəvi dəstək verən şəxslərə təşəkkürümü bildirirəm”.

PostHeaderIcon Turun statistikası

“Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında yer alan futbolçulardan 8-i meydanda olub. Mahmud Qurbanov nəticəsini bir qədər də yaxşılaşdırmaqla yadda qalsa da, Ceyhun Sultanovun 2 pillə irəliləməsini də qeyd etmək yerinə düşər:

1.(1).Mahmud Qurbanov (“Bakı”)                  402

5.(5).Azər Məmmədov (“Gəncə”)          347

15.(15).Samir Musayev (“Simurq”)                288

23.(23).Yaşar Abuzərov (“Qəbələ”)                264

56.(58).Ceyhun Sultanov (“Gəncə”)               226  

74.(75). Cahangir Həsənzadə (AZAL)             209

76.(76).Elşən Məmmədov (“Muğan”)             208

79.(79).Rəşad Sadiqov (“Qarabağ”)                205

“Çempionatın 100 məhsuldar hücumçusu” siyahısında isə ən diqqəti çəkən məqam, bu siyahıya yeni bir futbolçunun – Angel Quterresin daxil olmasıdır. Yaşar Abuzərov da fərqlənməklə cədvəldə 2 pillə irəliləyə bilib:

 71.(73).Yaşar Abuzərov (“Qəbələ”)                28

99.-102.(-).Angel Qutierres (“Muğan”) 21

“Ən çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısına nəzər saldıqda, burada da yeni bir adla – Elçin Sadıqovla rastlaşırıq. Bu tur qol buraxmamaqla, o, adını ən güclülərin siyahısına yazdıra bilib:

 46.(48).Anar Nəzirov (“Qəbələ”)                    18

50.(50).Tariyel Hüseynov (MOİK)                  16

51.(52).Georgi Lomaya (“İnter”)                     16

92.-105.(-).Elçin Sadıqov (“Neftçi”)                 4

Fasiləsiz ardıcıl oyunlar siyahısında da dəyişiklik baş verib. Belə ki, akivində 20 oyun olan İqor Mitreski bu tur oynamadığından cədvəli tərk edib. 10 oyunla cədvəlin debütantı olan Martin Kerçev isə 2-ci hissə meydana daxil olduğundan, o da kənarda qalıb. Bu üzdən cədvəl də 10 nəfər tamamlanmadığından natamam vəziyyətə düşüb:

1.Ansi Aqolli (“Qarabağ”)                         28                         
 2.Volodimir Levin (İnter)                            19                           
3.Amil Ağacanov (“Muğan”)                17                         
4.Vurğun Hüseynov (“Turan”)                    14                          
5.Ştiv Olfers (“Qəbələ”)                           11                             
6.Admir Teli (“Qarabağ”)                          11                              
7.Stefan Bates (“Bakı”)                         11                              
 8.Miloş Zeçeviç (“Muğan”)                11

Bundan əlavə, bu tur bir sıra yaddaqalan məqamlarla da zəngin oldu :

 - “Xəzər-L” – “Qarabağ” oyununda İlqar Qurbanovun bu mövsüm debütü uğurlu alındı.Belə ki, o,  lənkəranlıların evdə qapısına vurulan 50-ci qolun müəllifi oldu.

-“Qəbələ”-“Turan” qarşılaşmasında Yaşar Abuzərov “Turan”ı səfərdə məyus edən 350-ci qolun, MOİK-“Simurq” qarşılaşmasında isə Ruhid Usubov hərbçilərin Premyer Liqada 200-cü qolunun müəllifi oldu.

-“Bakı”-AZAL oyununda Elvin Əliyev 150-ci oyununu,”Muğan”-“Gəncə” qarşılaşmasında Ekrem Hodziç 50-ci oyununu keçirdi. Baxmayaraq ki, sonuncu yubiley oyununu avtoqolla qeyd etdi.

RASİM ƏLİYEV

PostHeaderIcon “Qəbələ”-”Turan” 1-0

Unibank Premyer Liqası, XXX tur
“Qəbələ” 1:0 “Turan”
– 08.05.2011

08 may 2011. Saat 16:00. Qəbələ şəhər stadionu. 400 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Azad Q. Hüseynov, Aydın Ələkbərov

Dördüncu hakim:
Hacıəli Ağayev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Stiv Olfers, 26; Razvan Tarlea, 45+1; Lyuba Baranin, 54; Murad Hüseynov, 84 // Azər Məmmədov, 45+1; Kamal Bayramov, 90+3
Qol: Yaşar Abuzərov, 15

Artırılan vaxt:
I hissədə - 2 dəq; II hissədə – 3 dəq. 

“Qəbələ”

30. Anar Nəzirov
3. Nodar Məmmədov
6. Lyuba Baranin (k)
7. Yaşar Abuzərov
14. Milan Antiç
15. Razvan Tarlea
17. Arif İsayev
19. Branimir Subaşiç
(20. Kristian Torres, dəq.67)
22. Murad Hüseynov
33. Saşa Yunisoğlu
34. Stiv Olfers

Ehtiyat oyunçular:

12. Pavels Dorosevs
4. Ramin Quliyev
24. Tərzin Cahangirov
25. Nuran Qurbanov
28. Müşviq Teymurov
29. Amil Yunanov

Baş məşqçi: Toni Adams

“Turan”

85. Kamal Bayramov
3. Vurğun Hüseynov (k)
4. Ruslan Namazov
(2. Hüseyn İsgəndərov, dəq.46)
5. Muammer Erdoğdu
11. Azər Məmmədov
17. Orxan İsmayılov
19. Rəşid Həsənov
(25. Martin Kerçev, dəq.46)
21. Rəşad Orucov
22. Məhərrəm Müslümzadə
(10. Xəyal Qarayev, dəq.83)
28. Yasin Abbasov
45. Fərmayıl Əliyev

Ehtiyat oyunçular:

12. Şamil Saidov
7. Qalib Əmrahov
9. Rəşad Piriyev
15. Cavid Tağıyev

Baş məşqçi: Asim İbrahimov

 

Asim İbrahimov, “Turan” klubunun baş məşqçisi: “İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik. İlk hissədə əks-hücumda oynamaq istəyirdik, amma hesabda məğlub duruma düşdük. İkinci hissədə komanda daha yaxşı təsir bağışladı, futbolçuların psixoloji durumu yaxşı olmasa da, ikinci hissədə yaxşı çıxış etdik”.

Toni Adams, “Qəbələ” klubunun baş məşqçisi: “Yaxşı oyun alındı, komanda ilk hissədə yaxşı oynadı, qol vurduq. İkinci hissəni əks-hücumlarda keçirdik. Müdafiə xəttimiz rəqibin hücumları qarşısında inamlı təsir bağışladı. Qələbə münasibəti ilə komandamı təbrik edirəm”.

PostHeaderIcon Yeni baş məşqçi – Asim İbrahimov oldu

 

“Turan” PFK-nın baş məşqçisi Naci Şensoy ardıcıl 4 məğlubiyyətdən sonra istefaya göndərilmişdir. Uğursuz nəticələrə görə istefaya göndərilən Naci Şensoyun yerinə “Turan” UFM-in rəhbəri Asim İbrahimov təyin olunub.  Asim İbrahimov bu gün komandanı ilk məşqinə çıxaracaq.

PostHeaderIcon TURUN STATİSTİKASI

Bu tur “çempionatın ən çox oyun keçirən 100 futbolçusu” siyahısında yer alan futbolçulardan 9-u meydanda olub. İlk dəfədir həm cədvəlin 1-si, həm də sonuncusu eyni turda meydanda olurlar. Rəfael Əmirbəyov və Rəşad Sadiqov hamıdan çox – 3 pillə irəliləyə bilib:

1.(1).Mahmud Qurbanov (“Bakı”)         401
5.(5).Azər Məmmədov (“Gəncə”) 346
26.(28). Rauf Mehdiyev (“Neftçi”)        260
29.(30).Zaur Həşimov (“Qarabağ”)       254
41.(44).Rəfael Əmirbəyov (“Bakı”)       237
57.(58).Rəşad Abdullayev (“Neftçi”)     225
76.(77).Elşən Məmmədov (“Muğan”)   207
79.(82).Rəşad Sadiqov (“Qarabağ”)       204
100.(100).Elşən Poladov (AZAL)          187 

“100 ən çox qol vuran futbolçular” içərisində isə 2-i fərqlənib. Vaqif Cavadov 4 rəqibini arxada qoya bilib:
32.(33).Georgi Adamiya (“Qarabağ”)    49
88.(92).Vaqif Cavadov (“Bakı”)            24

Çempionatın daha çox oyunda fasiləsiz meydanda olan futbolçuların cədvəlində isə xeyli dəyişiklik baş verib. AZAL-ın 3 futbolçusu cədvəli tərk etdiyindən, artıq cədvəldə bu komandadan heç kəs qalmayıb.Bütövlükdə cədvəli 5 futbolçu tərk etdiyindən onları yeniləri əvəz edib:
1.Ansi Aqolli (“Qarabağ”)                         27           
2.İqor Mitreski (Neftçi)                            20        
3.Volodimir Levin (İnter)                          18          
4.Amil Ağacanov (“Muğan”)                    16                       
 5.Vurğun Hüseynov (“Turan”)                  13                        
 6.Stiv Olfers (“Qəbələ”)                               10                             
 7.Admir Teli (“Qarabağ”)                             10                              
8.Stefan Bates (“Bakı”)                            10                              
9.Miloş Zeçeviç (“Muğan”)                        10                         
10.Martin Kerçev (“Turan”)                       10

Bu tur bir sıra yaddaqalan məqamları ilə də diqqət mərkəzinə düşdü:

- AZAL-“Neftçi” qarşılaşmasında Ritus Krjauklisin 17-ci dəqiqədə öz qapısına vurduğu qol, təyyarəçilərin evdə torunu silkələyən 50-ci qol, həm də bu, Elşən Poladovu məyus edən 200-cü qol oldu. Bu oyunda cəmi 15 dəqiqə meydanda olan Aqil Nəbiyev təyyarəçilərin heyətində 100-cü, Rəşad Abdullayev isə flaqmanın heyətində 50-ci oyununu keçirdi.

- “Qarabağ”-“Bakı” qarşılaşmasında Georgi Adamiyanın vurduğu qol, bakılıların Premyer Liqada qapısından keçən 300-cü qol oldu.

- “İnter”-“Xəzər-L” qarşılaşmasında Robertos Poşkus 50-ci oyununu keçirdi.

- “Turan”-“Muğan” qarşılaşmasıda Taqim Novruzov salyanlıların heyətində keçirdiyi 50-ci oyunu qolla qeyd etdi.

RASIM ƏLIYEV

PostHeaderIcon “Turan”-”Muğan” 0:1

Bir gün əvvəl “Simurq”un “Qəbələ” ilə heç-heçə oynaması komandamızın işinə yarayırdı. Belə ki, qələbə qazanacağımız halda sona 3 tur qalmış “Turan” Premyer Liqada qalmağı rəsmiləşdirəcəkdi. Oyun günü yağan güclü yağış meydançanı pis vəziyyətə saldığından futbolçular ayaq üstə belə dayanmaqda çətinlik çəkirdilər. Belə olan halda baxımlı futboldan söhbət gedə bilməzdi. Buna baxmayaraq oyunda xeyli qol imkanları oldu ki, onlardan yalnız bir dəfə lazımincə istifadə etmək mümkün oldu. Tagim Novruzov cərimə meydançası həndəvərindən topu birbaşa qapıya göndərdi. İkinci hissədə bütün səylərə baxmayaraq “Turan” meydanı məğlub tərk etdi. Qeyd edək ki, komandanın baş məşqçisi Naci Şensoy cəza səbəindən oyunu tribunadan izləyirdi.

Unibank Premyer Liqası, XXIX tur
“Turan” 0:1 “Muğan”
– 01.05.2011

01 may 2011. Saat 16:00. Tovuz şəhər stadionu. 1006 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Coşqun Həsənov, Azad Ə. Hüseynov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Muammer Erdoğdu, 15 // Reis Klaudinei, 73; Ekrem Hodziç, 90+3

Qol: Taqim Novruzov, 42
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə - 4 dəq.

“Turan”

12. Şamil Saidov
2. Hüseyn İsgəndərov
3. Vurğun Hüseynov (k)
5. Muammer Erdoğdu
8. Akif Tağıyev
(6. Elnur Abbasov, dəq.46)
19. Rəşid Həsənov
21. Rəşad Orucov
25. Martin Kerçev
26. Boris Kondev
28. Yasin Abbasov
(10. Xəyal Qarayev, dəq.46)
45. Fərmayıl Əliyev
(11. Azər Məmmədov, dəq.68)

Ehtiyat oyunçular:

1. Natiq Səhrətov
4. Ruslan Namazov
7. Qalib Əmrahov
17. Orxan İsmayılov

Məşqçi: Sakit Alıyev

“Muğan”

1. Amil Ağacanov (k)
3. Miloş Zeçeviç
5. Novruz Məmmədov
6. Taqim Novruzov
8. Tural Axundov
9. Elşən Məmmədov
(16. Sergey Çernışev, dəq.67)
19. Zaur Əsədov
(17. Ravi Rəhmanov, dəq.81)
23. George Qulordava
(7. Pərvin Paşayev, dəq.76)
26. Ekrem Hodziç
30. Angel Qutierrez
77. Reis Klaudinei

Ehtiyat oyunçular:

12. Davud Kərimi
14. Fərid Həşimzadə
25. Nəriman Həsənov
34. Cavad Mirzəyev

Məşqçi: Bəhmən Həsənov

PostHeaderIcon TURUN STATİSTİKASI

“Çempionatın 100 ən çox oyun keçirən furbolçuları”ndan 8-imeydana çıxıb. Onlardan Rəşad Sadıqov 3 pillə irəliləyə bilib:

5.(5).Azər Məmmədov (“Gəncə”) 345
 28.(28). Rauf Mehdiyev (“Neftçi”) 259 
32.(33).Samir Əliyev (“Simurq”) 251
57.(57).Ceyhun Sultanov (“Gəncə”) 225
 58.(59).Rəşad Abdullayev (“Neftçi”) 224
75.(75).Cahangir Həsənzadə (AZAL)208 
82.(85).Rəşad Sadiqov (“Qarabağ”) 203
99.(99).Samir Abasov (“Qarabağ”) 188

“Çempionatın 100 məhsuldar hücumçusu” siyahısında isə təkcə Georgi Adamiya fərqlənməklə, 3 pillə irəliləyib:

33.(36).Georgi Adamiya (“Qarabağ”) 48

 “Öz qapısını toxunulmaz saxlayan 100 qapıçı” siyahısında yer alan qapıçılardan 6-ı aktivinə daha bir oyun əlavə edə bilib:

1.(1).Rauf Mehdiyev (“Neftçi”) 134
13.(13).Kamran Ağayev (“Xəzər-L”) 57
36.(37).Edis Kurtanoviçus (“Gəncə”)22
38.(38).Amil Ağacanov (“Muğan”) 21
49.(52).Anar Nəzirov (“Qəbələ”) 16
86.(92).Boyan Pavloviç (“Qarabağ”) 7

“Çempionatın fasiləsiz oyunlar seriyasında isə bəzi dəyişiklik baş verib. Belə ki, Rüstəm Məmmədov (14 oyun) və Novruz Məmmədov siyahını tərk edib. Əvəzində isə, Viktor İbekoyi buraya yenicə qədəm basıb:
1.Ansi Aqolli (“Qarabağ”) 26
2.Cahangir Həsənzadə (AZAL) 20
3.İqor Mitreski (Neftçi) 19
4.Volodimir Levin (İnter) 17
5.Amil Ağacanov (“Muğan”) 15
6.Nuqzar Kvirtiya (AZAL) 15
7.Vurğun Hüseynov (“Turan”) 12
8.Oleksandr Çertoqanov (“İnter”) 11
9.Mikayıl Rəhimov (“Simurq”) 11
10.Viktor İbekoyi (AZAL) 10

Çempionatda bu tur da həmişəki kimi sürprizli olub: -“Xəzər-L”-AZAL qarşılaşmasında Usim Nduka Premyer Liqada 150-ci oyununu keçirdi.“Qarabağ”-“İnter” qarşılaşmasında David Odikadze Premyer Liqada,Əfran İsmayılov isə ağdamlıların heyətində 50-ci dəfə meydana çıxdı. -“Qəbələ”-MOİK qarşılaşmasında 2 futbolçu – Milan Antiç və Tural Nərimanov 50-ci oyunlarını keçirdi. “Gəncə”-“Turan” qarşılaşmasında isə Muammer Erdoğdu “Turan”ın heyətində 50-ci oyununu keçirdi. RASİM ƏLİYEV