“TURAN” KOMANDASININ HİMNİ

 MUSİQİSİ: FAİQ SÜCƏDDİNOV
SÖZLƏRİ: İSMAYIL DADAŞOV

 Artır şanı-şöhrəti milli futbolumuzun,
Heç vaxt unutma, «Turan», sən fəxrisən Tovuzun.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.

Nəqarət:
Hər zaman yaşa, «Turan»,
Hər biriniz qəhrəman,
Sizinlə qürur duysun
Yurdumuz Azərbaycan! 

Yüksəkliklər gözləyir, həmişə gedin öndə,
Qələbə sizin olsun rəqiblərin önündə.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.

Himnin musiqisi

Yeni himn:  yükləmək üçün tıkla -  Turan