Azərbaycan futbolunda özünəməsus ad qazanmış Tovuz futbolu tək yetişdridiyi futbolçular, imza atdığı ilklərlə yadda qalmayıb. Bütün ölkədə ad qazanmış “Turan” azarkeşləri tək çılğınlığı, komandalarına sədaqəti ilə deyil həm də futbol savadı ilə digərlərindən fərqlənib. 1992-ci ildən bu yana daim tribunaları dolduran tovuzlular komandanı tək iddialı olduğu dövrəldrə deyil  premyer liqada qalmaq uğrunda mübarizə apardığı vaxtlarda da heç vaxt tək qoymayıb. Ev oyunlarında minimum 4-5 min azarkeş “Turan”a öz mənəvi dəstəyini verir. Bu “Turan”ı digər klublardan fərqləndirən amillərdən biridir. “Biz çempionluq həsrəti ilə yaşamırıq, varlığın bizə yetər” şüarı da azarkeşlərimzin komandanı necə sevdiyinin bariz nümunəsidir.

FAN KLUBUN LOQOSU