TOVUZ RAYONU

Tovuz rayonu Azərbaycan Respublikasının qərbində yerləşir. Rayonun ərazisi şimalda Gürcüstan respublikasının (Cənub-Şərqi Kaxetiyanın) Dedoplis-Tsxaro rayonu qərbdə Ağstafa rayonu, cənubda Azərbaycanın  tarixi torpaqları olan, sonralar zorakı yolla  Ermənistan Respublikasının tərkibinə daxil edilmiş  Şəmşəddil rayonu və Azərbaycan Respublikasının Gədəbəy rayonu ilə, şərqdə Şəmkir və Samux rayonları ilə həmsərhəddir. Rayonun qonşu rayon və cənubi Qafqaz dövlətləri ilə sərhədlərinin ümumi uzunluğu 290 km-dir. Bunlardan 26 kilometri Gürcüstan respublikası ilə, 68 km-i Ağstafa rayonu ilə, 69 km-i Ermənistan respublikası ilə, 60 km-i Gədəbəy rayonu ilə, 80 km-i isə Şəmkir və Samux rayonları ilə olan sərhədlərin payına düşür.

Göstərilən sərhədlər daxilində Tovuz rayonunun sahəsi 1903 km2, əhalisi isə 158 min nəfərdən artıqdır. Rayon ərazisi şimaldan cənuba 70 km, qərbdən şərqə orta hesabla 25 km uzanır. Bu rəqəmlərdən görünür ki, rayon ərazisi şimaldan cənuba daha çox uzanır. Onun ən geniş yeri Ceyrançöldə(40 km), ən ensiz yeri Əsrik Cırdaxan kəndi enliyində (10 km) yerləşir.

Tovuz rayonu inzibati rayon kimi 1930-cu ilin avqust  ayında təşkil olunmuşdur.

39  inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Tovuz şəhəri), 1 şəhər tipli qəsəbə (Qovlar qəsəbəsi)  və 102 kənd mövcuddur.

Tovuz rayonu Ağstafa, Gədəbəy, Şəmkir, Samux rayonları, eləcə də Gürcüstan və Ermənistan respublikaları ilə həmsərhəddir.
Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tarixdə Şəmşədil, Şəmşəddin, Touş adları ilə tanınan bölgə keçmiş SSRİ üzrə inzibati ərazi bölgüsü əsasında Tovuz rayonu kimi 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. Rayon Azərbaycan Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşməklə əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Gəncə-Qazax iqtisadi rayonuna aiddir. Tovuz şəhəri paytaxt Bakıdan qərbdə, Bakı-Qazax magistralının 430 km də yerləşir.
Respublikası ilə 69 km (Berd rayonu-Çar Rusiyasının Azərbaycanı işgalına başlamasınadək (1802-1803) Şəmşəddil sultanlığına aid olan hazırki Tovuzun bir hissəsi,indi də bu rayonu tovuzlular Şəmşəddin-Qalakənd (Berd-Qala, Kert-kənd erm.) adlandırırlar), Gürcüstan Respublikası ilə 23 kilometr (Dedoplits-Tsxaro ray) sərhəddi olan rayon qərbdə rayonu, şərqdə rayonu, cənubda rayonu, şimalda az bir hissəsi rayonu ilə (Ceyrançöldə) həmsərhəddir.

Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışlağı yerləşir.

Rayon ərazisindən respublikamız üçün həyati əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Ceyhan” neft kəməri və “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri və Böyük İpək Yolu keçir.

Ərazi relyef xüsusiyyətlərinə görə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəz hissəsi alçaq dağlıq və dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir. Ərazi 330 m dəniz səviyyəsindən yüksəkdə yerləşir. Havanın orta illik temperaturu 8-13 C, yanvarda 1-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400-700 mm-dir. Küləyin orta illik surəti 3,4 m/san-dır. Tovuzun flora və faunası olduqca zəngindir. Dağlarda palıd, fıstıq, vələs, qoz, göyrüş, dəmirağac və müxtəlif cır meyvə kolları növləri bitir. Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan eldar şamı qorunur. Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Ərazinin landşaftındakı müxtəliflik, flora və faunasının rəngarəngliyi onu turizm üçün nə dərəcədə əhəmiyyətli olduğunu şərtləndirir.

Tarixi-mədəni, arxeoloji abidələrimizin sayca çox olduğu bölgələrdən biri də Tovuz rayonudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, rayon ərazisində 64 abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsi tərəfindən aşağıdakı abidələrə texniki baxış keçirilib. Ölkə əhəmiyyətli memarlıq abidələrindən olan Yanıqlı kənd məscidi XVII əsrə məxsusdur. Dördbucaqlı formada, kərpicdən inşa olunmuş bu məscid memalıq üslubuna görə Gəncədəki Cümə məscidinə yaxındır. Hazırda məscid qəza vəziyyətindədir. Məscidin dam örtüyü tamamilə çöküb, divarlarında çatlar əmələ gəlib. Yaxın vaxtlarda abidədə bərpa-möhkəmləndirmə işləri aparılmazsa, o, tamamilə dağıla bilər. Abidə yol qırağında yerləşdiyindən yoldan axan yağış suları məscidin ətrafına yığılır ki, bu da abidənin dağılmasına əsas səbəb olur. İlk növbədə abidə ətrafında drenaj sistemi qurulmalı və yalnız bundan sonra abidədə bərpa işləri aparılmalıdır. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki vəziyyəti qənaətbəxşdir. XIX əsrə məxsus suvurma qülləsi əhəng daşından inşa olunub. Abidənin dam örtüyü olmadığından divalarında çatlar əmələ gəlib. Məlumat üçün bildiririk ki, abidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu Baş İdarəsinin balansındadır. 4-5 il bundan əvvəl idarə tərəfindən qüllənin sökülməsinə başlanılıb, ancaq müvafiq dövlət qurumlarının müdaxiləsindən sonra bu iş dayandırılıb. Dam örtüyü də o vaxtdan açıq qalıb. Dam örtüyü tezliklə bərpa olunmasa, abidə tezliklə dağıla bilər. Yerli əhəmiyyətli memarlıq abidələrindən olan ikimərtəbəli, XIX əsrə məxsus yaşayış evi və 1912-ci ildə inşa olunmuş sement zavodunun binası da qəzalı vəziyyətdədir. Çiy kərpicdən inşa olunmuş yaşayış evinin bir hissəsi uçub, qalan hissəsi də uçmaq təhlükəsi qarşısındadır. Qeyd edək ki, binanın nə memarlıq, nə də tarixi əhəmiyyəti olmadığından onun abidə kimi siyahıdan çıxarılması təklif edilib. Sement zavodunun binasına gəlincə, abidənin yalnız qülləsi qalıb. Tikilinin qalan hissəsi uçub. Elə bu səbəbdən binanın yalnız qülləsinin abidə kimi qorunması təklif olunub. Bundan əlavə, Tovuz rayonunda bir sıra yeni aşkar olunmuş abidələr də mövcuddur. Bayramlı kəndindəki çay daşından və bişmiş kərpicdən inşa olunmuş körpünün texniki vəziyyəti qaneedicidir. Yerli əhəmiyyətli memarlıq abidələrindən olan Qazqulu kəndindəki səkkizguşəli türbələr, 1880-ci ildə tikilmiş dəmiryol körpüsünün vəziyyəti qənaətbəxşdir. Texniki baxışın nəticəsi aşağıdakı abidələrdə bərpa işlərinin aparılmasının vacib olduğunu diktə edir: Ölkə əhəmiyyətli memarlıq abidəsi olan XVII əsrdə inşa olunmuş Yanıqlı kənd məscidi, yerli əhəmiyyətli memarlıq abidələri sayılan Ağbulaq kəndinin yaxınlığındakı məbəd və qala divarlarının qalıqları, Vahidli kənd qəbiristanlığındakı məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr türbələri, Yanıqlı kəndindəki 3 ədəd türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki Nəsib və Yusif bəylərin XIX əsrə məxsus yaşayış evləri, Düz Qırıqlı kəndindəki XIX əsr məscidi.

TƏBİƏTİ

Təbiət
Relyefi

Tovuz rayonunun ərazisi oroqrafik quruluşuna görə 3 əsas hissəyə bölünür:
Ceyrançöl (Kür çayından şimalda yerləşən sol sahil ərazisi),
Xunam (Kür çayı ilə Kiçik Qafqaz dağlarının şimal ətəkləri arasında yerləşən düzənliklər və irəmələr)
Kiçik Qafqazın şimal ətəkləri, yaxud cənub-dağlıq hissə.
Ceyrançöl qərbdə Gürcüstan respublikası sərhədlərindən cənub-şərqdə Mingəçevir “dənizi” sahillərinə qədər 150 km məsafədə uzanan nisbətən geniş bir ərazidir və onun yalnız mərkəz hissəsi Tovuz rayonuna aiddir.

Ceyrançölün oroqrafik quruluşu əslində xeyli sadədir. Burada asimmetrik quruluşlu alçaq tirələr və düzlər şimaldan cənuba tərəf bir-birini əvəz edir. Rayonun şimal sərhəddi boyu Çobandağ (şərq hissəsi ) və Ağtaxta təpə tirələri çox hündür olmasalar da, Qabırrı (İori) çayı ilə Kür çayı arasında suayırıcı tirələrdir.

Çobandağ tirəsinin yüksəkliyi Tovuz rayonu sərhəddindən 5 km qərbdə yerləşən eyniadlı zirvədə 890 m-ə çatır.

Ceyrançöl cənubdan Kür çayının geniş və dərin dərəsi ilə sərhədlənir. Çayın yatağı, yataq terrası və yataqüstü terrasları şimaldan Quyruqençi tirəsinin erozion şırımlar və yarğanlarla çox parçalanmış, əksər  yerdə tipik “bedlend” relyefini  xatırladan dik cənub yamacı ilə əhatələnir.

Xunam düzünün yarğan-qobularda kəsilmiş nisbətən dik, bəzi yerlərdə isə sıldırım yamacı Kür çayı dərəsini cənubdan əhatələyir.

Xunam (Xunan) düzü Tovuz  rayonu ərazisinin mühüm bir oroqrafik vahidi olmaqla yanaşı, olduqca böyük tarixi və iqtisadi əhəmiyyətə malik olan bir hissəsidir. Xunam  düzü və cənubda ona açılan Xınna (Xunna) dərəsi adları şimali Azərbaycanda (Azərbaycan Respublikası ərazisində) qədim  türklərin-hunların, qıpçaqların ilk əsrlərdən məskunlaşmasını sübut edən  təkzibolunmaz dəlillərdir və bu dəlillər göstərir ki, qədim türk tayfaları(hunlar, qıpçaqlar, xəzərlər) oğuz tayfalarından bir neçə əsr əvvəl Şimali Azərbaycan ərazisində məskunlaşmış və qədim alban tayfa birliklərinin əmələ gətirən xalqlardan olmuşlar. Qax rayonunun Qıpçaq kəndi, Xunam, Xınna dərəsi Azərbaycan (qədim Albaniya) torpaqlarını özününküləşdirmək fikrinə düşmüş saxtakar erməni tarixçilərinin, siyasətçilərinin qondarma ideyasının əsassız olmasını sarsıdıb,alt-üst edən təkzibedilməz fakt və dəlillərdir.

Xunam düzünün mütləq yüksəkliyi əsasən 300-400 m arasında dəyişir. Düzənliyin yarğan və qobularla parçalanmış şimal hissəsini yerli əhali “irəmə” adlandırır.

Burada dibi geniş qobular, yarğanlar, alçaq tirələr relyefin əsas formalarıdır. Qobular arasında düzənliyin az maili səthi xeyli şimala uzanır.

Xunam düzünün daha geniş orta zonası əsasən səthi hamar maili düzənlikdir. Ara-sıra bu zonada gen qobulara rast gəlmək mümkündür. Rayonun əsas yaşayış məntəqələri, əkin sahələri, bağları bu zonada yerləşir. Qərb-şərq nəqliyyat vasitələri (dəmir və şosse yolları,neft və qaz kəmərləri) əsasən bu zonadan keçir. Xunam düzündə relyefin ən böyük erozion forması dərinliyi 60 m-ə çatan, terraslı qutuvari  Tovuzçay dərəsidir.

Aşağı Öysüzlü və Aşağı Ayıblı kəndləri yaxınlığında hündürlüyü 5-6 m-ə çatan tək kurqanlara(təpələrə) rast gəlinir.
Xunam düzünün Kiçik Qafqaz dağlarının şimal  ətəklərinə qovuşan ensiz cənub hissəsi dellüvial-prolüvial maili düzənliklərdir. Lövsari gillicələrdən və tipik lösdən təşkil olunmuş bu zonanın bəzi sahələrində meyilliyin artması ilə əlaqədar ensiz qobu və tirələr əmələ gəlmişdir.

Tovuz  rayonunun oroqrafik quruluşunda dağlıq sahə xüsusi mövqe tutur. Rayon  ərazisinə Kiçik Qafqazın şimal şərq orta  dağlıq yamacından şimala uzanan və əsasən Şınıx-Dəstəfur çökəkliyi zonasından şimalda yerləşən Axıncaçayla-Zəyəmçayın suayrıcı tirəsi, Zəyəmçayla-Şəmkir çay arasında  yerləşən və əksər yerlərdə qədim düzəlmə səhlərinin qalıqlarından ibarət olan orta və alçaqdağlıq  yaylaların qərb hissəsi daxildir. Bu dağlıq hissənin cənubunda ayrı-ayrı zirvələrin hündürlüyü 2000-2200 m-ə, şimal hissəsində isə 1000-1200 m-ə qədərdir. Əsrikçay və Zəyəmçay bu dağlıq sahədə dərin (500-1000 m-ə qədər,) bəzi yerlərdə dik yamaclı, ensiz (Əsrikcırdaxan-Pələkli  kəndləri arasıdna ) dərələr əmələ gətirmişlər. Böyük Qışlaq-Çeşməli kəndləri  sahəsində  isə dərə xeyli genişlənir, yamacların meyli azalır. Təsərrüfat və seliteb landşaftları üçün əlverişli relyef şəraiti yaranır. Tovuzçaydan qərbdə rayonun dağlıq hissəsi  alçaqdağlıqdan ibarət olmaqla,hündürlüyü 1000-1100 m-ə çatan və əsasən yamacları (xüsusi ilə şimal yamacları) o qədər də dik olmayan (10-150 Ağdağ və Öküzdağ  tirələrindən ibarətdir.

Burada Hacallı, Yuxarı Mülkülü, Yuxarı Öysüzlü  kəndləri sahəsində eroziya və denudasiya prosesləri nəticəsində səthi açılmış qədim tabaşir dövrü vulkanlarının buralarında soyumuş maqmatik kütlə-ekstruziv gümbələr,relyefdə xüsusi bir “geomorfoloji landşaft” əmələ gətirirlər. Bunlar Qızılqaya, Koroğlu,Dəryən dağları adı altında məşhur olmaqla,Qazax rayonundakı Göyəzən,Avey ekstruziv gümbəzləri ilə, həmçinin Naxçıvan Muxtar respublikası ekstruzivləri ilə genetik və morfoloji uyğunluğa malikdirlər.

Geoloji quruluşu

Tovuz rayonu ərazisi tektonik cəhətdən əsas iki struktur zonaya daxildir: 1.Orta Kür əyilməsi; 2-Löh Qarabağ qalxması. Bu iki böyük tektonik vahid arasında sərhəd Kiçik Qafqaz dağlarının şimal ətəyi boyu ilə uzanan dərinlik tektonik qırılması üzrə keçir. Bu qırılma Şəmkir antiklinotiumunun şimal qanadında özünü morfoloji cəhətdən daha kəskin göstərdiyi halda, ondan qərbdə yerləşən Qazax sinklinoriumu (əyilməsi) sahəsində bir qədər zəif büruzə verir. Tovuz rayonunun Orta Kür əyilməsi (çökməsi-sinklinori-umu) zonasında Ceyrançöl, Kür çayı dərəsi və Xunam düzü yerləşir.

Xunam düzü (sağ sahil maili düzənlik) Kür çayı dərəsi ilə Kiçik Qafqaz dağlarının ətəkləri arasında yerləşməklə, əsasən dördüncü dövrün allüvial,allüvial-prolüvial, dülüvial çöküntülərindən təşkil olunmuşdur.

Tovuz rayonunun dağlıq ərazisi Mezozoy erasının yura və təbaşir dövrlərinin çökmə və vulkanogen mənşəli süxur kompleksləridən təşkil olunmuşdur. Rayon ərazisində ən qədim süxurlar  Əsrikçay dərəsinin yuxarı hissəsində Böyük Qışlaq kəndi ərazisində üzə çıxan kristallik şistlərdən, Çatax və Böyük Qışlaq kəndləri ətrafında alt Paleozoy yaşlı metamorfik şistlərdən ibarətdir. Hər iki süxur komplekslərinin yaşı 300 milyon ildən qədimdir. Bu qədim Paleozoy süxurları qumdaşlardan ibarət aşağı yura çöküntüləri ilə örtülmüşdür.

Ümumiyyətlə Tovuz rayonunun dağlıq sahəsində ən geniş yayılmış süxur kompleksləri yura dövrünə aid maqmatik və çökmə süxurlardan-bazaltlardan, andezit-bazaltlardan, vulkanogen-çökmə süxurlardan (tuflardan, tufkonglomeratlardan, tufqumdaşlardan) ibarətdir.

Alçaqdağlıq və dağətəyi zonada üst yura-alt təbaşir və təbaşir yaşlı vulkanogen,vulkanogen-çökmə və çökmə süxurlar geniş yayılmışdır. Bunlar əsasən qumdaşlardan, andezit-bazaltlardan, tufkonqlomeratlardan və s. ibarətdir. Alçaqdağlığın Qazax sinklinoriumuna aid edilən qərb hissəsində (Touvzçaydan qərbə)təbaşir çöküntüləri əsasən vulkanogen, vulkanogen-çökmə, və çökmə (karbonatlı) süxurlardan təşkil olunmuşdur.

Faydalı qazıntılar

Tovuz rayonu ərazisində bir çox filiz, qeyri-filiz, tikinti materialları kimi geniş istifadə olunan faydalı qazıntı yataqları vardır .Bu yataqların arasında ən perspektivli və  sənaye əhəmiyyəti daşıyan Qoşa qızıl yatağı xüsusi əhəmiyyət kəsb edir.

Tovuz rayonunun və ümumiyyətlə Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas çay hövzələrinin allüvial çöküntülərində müəyyən edilmiş səpinti qızıl ehtiyatına aid məlumatlar hələ XX əsrin 50-ci illərində toplanmışdır. Tovuz rayonu ərazisində axan çaylardan Tovuz çayın və Zəyəm çayın çöküntülərində də qızıl olması müəyyən edilmişdir.

Tovuzçayın hövzəsində olan qum yataqlarında (Günəşli, Öysüzlü, Tovuz) qızıl az miqdarda müəyyən edilmişdir.

Zəyəmçay hövzəsi Kiçik Qafqazın səpinti qızıl yataqları üçün çox perspektivli sayılır.
Əsrikçayda mis-sink filizləri təzahürü var. Əsriçay hövzəsində 220 metrə qədər qazılmış quyu vasitəsi ilə pirit-xalkoperit-sfalerit filizləri müəyyən olunmuşdur.

Yuxarı Öysüzlü kəndində Ağdağ seolit yatağı və böyük miqdarda sement xammalı vardır. Yuxarı Öysüzlü əhəng daşı yatağı, Tovuz gil yatağı, qum-çınqıl yatağı və Hacallı tuf yataqları rayonun faydalı qazıntılarına aiddir.

İqlim

Tovuz rayonunun fiziki-coğrafi mövqeyi və relyefinin müxtəlif olması iqlimi bir qədər mürəkkəbləşdirir. Burada üç iqlim sahəsi ayırır:
Quru  subtropik iqlim. Bu iqlim sahəsi Kür çayı vadisini əhatə edir. Yumşaq qışı və isti yayın olması ilə səciyyələnir.
Mülayim isti  quru iqlim. Bu iqlim rayonun düzənlik hissəsini və yüksəkliyi 1000 metrə qədər olan sahələri əhatə edir. Qışı yumşaq və yayı isə bir qədər isti keçir.
mülayim soyuq, meşə iqlimi. Bu iqlim sahəsi yüksəkliyi  1000-dən 2000 metrə qədər olan dağlıq hissəni əhatə edir. Yayı sərin,qışı isə bir qədər şaxtalı keçir. Tovuz  rayonunun iqliminə Cənubi Qafqaz (Zaqafqaziya) yaylasından, Atlantik okeanından, Arktikadan  və mərkəzi Asiyadan gələn hava kütlələrinin təsiri vardır.
Rayonun dağlıq və düzənlik hissələri arasında böyük temperatur fərqi var. Dağlıq hissəsinin orta illik temperaturu  +50-60-dir. Orta yanvar -30-40, orta iyul isə +150-200-dir. Rayonun düzənlik hissəsində orta illik temperatur 130-140, orta yanvar 00-10, orta iyul isə 250-270-dır. Dağlıq hissədə maksimum temperatur 250-300-dir. Dağlıq hissədə maksimum temperatur  250-300,minimum isə mənfi 300 müşahidə olunmuşdur. Düzənlik hissədə mütləq maksimum temperatur 350-400, minimum temperatur isə 150-yə qədər düşür. Düzənlik ilə dağlıq hissə arasında orta illik temperatur fərqi 7,5-yə çatır.Rayonda maksimum temperatur Kür çayı dərəsində və ondan şimalda yerləşən Ceyrançöldə müşahidə olunur. Qış fəslində Cənubi Qafqaz ( Zaqafqaziya) yaylasından gələn hava kütləsi iqlimi bir qədər soyuqdur.

Yağıntılar rayon ərazisində eyni dərəcədə paylanmamışdır.

Kür çayı dərəsindən cənuba, dəniz səviyyəsindən 1200 metr yüksəkliyə qədər yağıntıların orta artımı hər 100 metrə 26 mm-dir. 1300 metrdən 2000 metrə qədər isə 15 mm-dir. Dağlıq hissədə maksimum yağıntılar yaz, payız və yay fəsillərində düşür. Minimum yağıntılı fəsil qışdır. Düzənlik hissədə orta illik yağıntıların miqdarı (Kür çayı ilə dağlıq zona arasında) şərqdə Kür-Araz ovalığı zonasından yüksəkdə olmasına baxmayarq,300-350 mm-dən artıq deyil Bu iki hissənin yüksəkliyinin fərqi 350-400 metrə çatır. Məsələn, Tovuz orta illik yağıntının miqdarı 345 mm,Kür-Araz ovalığında yerləşən Kürdəmirdə isə (dəniz səviyyəsindən yüksəkliyi 8 metr) 341 mm-dir. Həmin ovalıqda yerləşən Ağcabədiyə isə (dəniz səviyyəsidən yüksəkliyi 14 metr) 310 mm yağıntı düşür.

Xunam düzündə 1931-ci ilin noyabr ayında 50 mm, dağlıq hissədə isə 30 mm yağıntı düşmüşdür. 1937-ci il yanvar yaında həm düzənliyə,həm də dağlıq hissəyə 20 mm,1939-cu ilin noyabrında isə düzənliyə 40 mm,dağlıq hissəyə isə 60 mm yağıntı düşmüşdür. İlin isti yarsında dağlıq hissəyə 400 mm, soyuq yarısında 150 mm yağıntı düşür.

Rayon ərazidində maksimum yağıntılar may-iyun, minimum yağıntılar isə yanvar ayında düşür. İkinci sentyabr maksimumu o qədər güclü olmur. Ən çox yağıntı rayonun yüksək dağlıq hissəsinə (700-850 mm-ə qədər) düşür. Ən az yağıntı düşən sahə Kür çayı dərəsi  və Ceyrançölün alçaq(yüksəkliyi 200-400 metr) hissələridir.
Çayları

Qafqaz regionunun ən böyük çayı olan Kür çayı öz orta axımında 38 km məsafədə Tovuz rayonu ərazisindən keçir. Rayon ərazisində Kür çayı ətraf sahələrdən çox aşağıda yerləşdiryinə görə onun sularından kənd təsərrüfatına istifdadə yalnız güclü sorucular (nasoslar) vasitəsilə  suyu əkin sahələrinə qaldırmaq  yolu ilə mümkündür.

Tovuzçay mənbəyini Ermənistan daxilində,Murquz dağlarının şimal yamacından götürür. Çayın mənbəi 1840 metr yüksəklikdə yerləşir. Çay öz yuxarı axımında, sıx meşələrlə örtülü, dar dərələr ilə axır. Yuxarı hissədə çayın yatağı iri və orta çay daşları ilə örtülüdür.

Tovuzçay Yuxarı Öysüzlü kəndindən 1,5 km şərqə, dəniz səviyyəsidən 158 m yüksəklikdə Axıncaçaya qovuşur. Tovuzçayın uzunluğu 43 km, sutoplayıcı hövzəsi 235 kv.km-dir.

Axıncaçay  Tovuzçayın sağ qoludur. Öz mənbəyini Ermənistan sərhəddində 1840 m yüksəklikdən başlayıb, dəniz səviyyəsindən 156 m yüksəklikdə Kür çayına tökülür.

Axıncaçay yuxarı axımında Gədəbəy rayonu, orta axımında isə Şəmşəddil və Tovuz rayonları ərazisindən keçir. Çayın daimi qida mənbəi yüksək dağlıq zonada yerləşən bulaqlar və yağıntılardır. Çay özünün yuxarı hissəsində dar və sıldırım yamaclı dərələr ilə axır. Axıncaçayın uzunluğu 76 km, su yığım hövzəsinin sahəsi 903 kv.km-dir.

Axıncaçayın  Tovuz raoyonunun kənd təsərrüfatı üçün böyük əhəmiyyəti vardır. Çay ilə axan suyun 90%-ə  qədəri süni suvarma üçün istifadə olunur.

Çayın mənsəbi dəniz səviyyəsindən 320 m yüksəklikdədir. Çayın uzunluğu 44 km,su toplayıcı sahəsi 246 kv.km-dir. Hövzəsinin orta  eni 5,5 km, meylliyi isə  0,0290-dir.

Əsrikçayda Ağbulaq kəndi  yaxınlığında hündürlüyü 25 m-ə çatan şəlalə diqqəti cəlb edir.

Zəyəmçay-Kür çayının sağ qoludur. Onun uzunluğu  90 km, su toplayıcı hövzəsinin sahəsi 942 kv.km-dir. Zəyəmçay öz mənbəyini cənubda,Gədəbəy rayonu ərazisindən götürür.

Şahdağ silsiləsinin şimal yamaclarından, 2680 m yüksəklikdən götürür. Çayı qidalandıran alp çəmənləri zonasında və ondan aşağıda yerləşən meşə zonasındakı bulaqlar və yağıntılardır.

Landşaftları

Rayonun iqlim-relyef şəraitindən asılı olaraq düzənlik sahələrdə arid vilayətlərə xas olan landşaft tipləri, dağlıq sahələrdə rütubətli iqlim vilayətləri üçün xarakter landşaft tipləri inkişaf etmişdir: Ceyrançöldə. Xunam düzündə və alçaqdağlıqda yayılmış əsas landşaft tipləri yarımsəhra, quruçöl, arid seyrək meşə kompleksləridir.

Ceyrançölün dağ tirələrinin cənub yamacları çox dik olduğuna görə qısa, lakin olduqca sıx yarğan və erozion şırımlarla çox parçalanmaqla torpaq və bitki örtüyündən məhrumdur. Belə sahələrdən hətta örüş kimi istifadə edilmir. Buna görə həmin ərazilər çoğrafi ədəbiyyatda “Pis torpaqlar (ingiliscə “ bad lands sözündən) adlanır.

Xunam düzünün əsas landşaft tipləri şabalıdı torpaqlarda yovşan-ağ ot, müxtəlif otlu quru çöllər,dağətəyinə qovuşan ensiz zonada tünd-şabalıdı torpaqlarda çöllərdən ibarət olmuşdur. Xunam düzü əsrlər boyu əkinçilikdə istifadə olunduğuna görə onun  təbii landşaftı tamamilə antropogen landşaftlarla (yaşayış məntəqələri, əkin sahələri, bağlar, yollar, kanallar,meşə zonaları və s.) əvəz olunur. Bununla  əlaqədar Xunam düzünün xarakter heyvanlar aləmi (çay dərələri və irəmələr istisna olmaqla) tamamilə dəyişmişdir. Burada da yalnız bir sıra quş növlərinə,həşəratlara, tülkü və dovşana, gəmiricilərə,sürünənlərə rast gəlmək mümkündür.

Tovuz rayonunun dağlıq ərazisinin əsas landşaft tipləri dağətəyi və alçaqdağlığın meşə-kol bitkiliyi yerində əmələ gəlmiş dağ-çöl kompleksləri orta dağlıq zonada isə əsasən palıd, vələs,fısdıq ağaclarından, bir çox kol bitkiləridən (onların əksəriyyətindən müəyyən xəstəlikləri müalicə etmək üçün istifadə olunur) ibarət olan dağ-meşə landşaftları hakimdir.

QƏHRAMANLAR DİYARI – TOVUZ

Azərbaycanın Milli Qəhrəmanları

1. Naiq Nəsir oğlu Yusifov – 1970-1992-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir.
2. Qasım Qara oğlu Rzayev – 1971-1992-ci illərdə yaşamışdır, rayonun Əlibəyli kəndindəndir.


Rayonumuzun şəhidləri
“Onlar əbədi ölməzlik zirvəsinə ucalıblar
S/N Soyadı, adı, atasının adı Doğulduğu tarix Anadan olduğu yer Şəhid olduğu bölgə Dəfn olduğu yer
1. Abbasov Qoşqar Asim oğlu 1975 Yuxarı Öysüzlü Çənlibel bölgəsi şəhidlər xiyabanı
2. Abbasov Kərim Musa oğlu 1971 Yuxarı Öysüzlü Çənlibel bölgəsi şəhidlər xiyabanı
3. Abdullayev Ayaz İsmayıl oğlu 1972 Bozalqanı kəndi Kəlbəcər rayonu şəhidlər xiyabanı
4. Abdullayev Nəriman Abdulla oğlu 1969 Abulbəyli kəndi Ağdərə rayonu şəhidlər xiyabanı
5. Abulov Rəfael Qəzənfər oğlu 1972 Bayramlı kəndi Ağdərə kəndi şəhidlər xiyabanı
6. Axundov Zaur Valeh Oğlu 1971 Tovuz şəhəri Sulutəpə zirvəsi şəhidlər xiyabanı
7. Bayramov Eyvaz Cəmşid oğlu 1971 Tovuz şəhəri Fizuli bölgəsi şəhidlər xiyabanı
8. Cəfərov Akif Vəli oğlu 1954 Aşağı öysüzlü kəndi Sulutəpə zirvəsi şəhidlər xiyabanı
9. Eminov Emin Qəzənfər oğlu 1971 Azaflı kəndi Fizuli rayonu şəhidlər xiyabanı
10. Əliyev Həmid Fərhad oğlu 1971 Azaflı kəndi Muncuqlu kəndi şəhidlər xiyabanı
11. Əliyev Müşviq Abbas oğlu 1974 Yuxarı Öysüzlü Ağdam rayonu şəhidlər xiyabanı
12. Əliyev Elman Nəriman oğlu 1969 Bozalqanlı Ağdam rayonu şəhidlər xiyabanı
13. Əliyev Ceyhun Ramiz oğlu 1967 Tovuz Şəhəri Ağdam rayonu şəhidlər xiyabanı
14. Əliyev Hafiz Mustafa oğlu 1973 Bozalqanlı kəndi Kəlbəcər rayonu şəhidlər xiyabanı
15. Əliyev İlham Cəbrayıl oğlu 1955 Tovuz şəhəri Kəlbəcər rayonu şəhidlər xiyabanı
16. Həsənov Hafiz Əsgər oğlu 1972 Tovuz Şəhəri Ağdərə rayonu şəhidlər xiyabanı
17. Qasımov İlham Qurban oğlu 1975 Tovuz şəhəri Tərtər rayonu şəhidlər xiyabanı
18. Musayev İsə Tofiq oğlu 1969 Aşağı öysüzlü kəndi Tovuz Ağdam kəndi şəhidlər xiyabanı
19. Məmmədov Vüqar Allahverdi oğlu 1970 Tovuz şəhəri Goranboy rayonu şəhidlər xiyabanı
20. Məmmədov Rövşən Əjdər oğlu 1966 Tovuz Şəhəri Ağdam rayonu şəhidlər xiyabanı
21. Məmmədov Zəki Ibrahim oğlu 1965 Tovuz şəhəri Əlibəyli kəndi şəhidlər xiyabanı
22. Novruzov Mais Məmməd oğlu 1962 Tovuz şəhəri Tərtər rayonu şəhidlər xiyabanı