July 2017
M T W T F S S
« Sep    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

PostHeaderIcon TURUN STATİSTİKASI

“Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında son tur 9 futbolçu meydanda olub. Onlardan Rəşad Abdullayev daha çox – 3 pillə irəliləyib. Ən diqqətçəkən məqam siyahıya yeni futbolçunun – Ramal Hüseynovun da adının daxil olması olub:

1.(1).Mahmud Qurbanov (“Bakı”)                  404

23.(23).Yaşar Abuzərov (“Qəbələ”)                266

26.(26).Rauf Mehdiyev (“Neftçi”)                  261

41.(42).Alim Qurbanov (“Xəzər-L”)               238

54.(57).Rəşad Abdullayev (“Neftçi”)              227

74.(74). Cahangir Həsənzadə (AZAL)             211

77.(78).Rəşad Sadiqov (“Qarabağ”)                207

91.(92).Fərhad Vəliyev (“Qarabağ”)               193

100-101.(-).Ramal Hüseynov (“Gəncə”)        187 

“Çempionatın 100 ən çox qol vuran futbolçusu” siyahısında cəmi 2 futbolçu fərqlənə bilib. Onlardan Yaşar Abuzərov daha çox – 3 pillə irəliləyə bilib:

28.(28).Georgi Adamiya (“Qarabağ”)             53

68.(71).Yaşar Abuzərov (“Qəbələ”)                29

“Ən çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısında isə yalnız 1 qapıçı – Georgi Lomaya fərqlənib:

47.(49).Georgi Lomaya (“İnter”)                     18

Son turda da bir sıra yaddaqalan məqamlar baş verib:

-AZAL-“Qarabağ” qarşılaşmasında ağdamlılar Premyer Liqada 500-cü oyununu keçirdiyi halda, “Neftçi”-“Xəzər L” qarşılaşmasında  lənkəranlılar səfərdə 100-cü oyununu keçirdi..

-“Qəbələ”-“Muğan” qarşılaşmasında qəbələlilər Premyer Liqada 50-ci qələbəsini qazandılar.Murad Hüseynovun qolu Davud Kərimini məyus edən 150-ci qol oldu.Bu oyunda Ravi Rəhmanov 50-ci oyununu keçirdi.

-MOİK-“Turan” qarşılaşmasında Azər Məmmədovun qolu hərbçilərin Premyer Liqada qapısına vurulan ümumilikdə 450-ci, ev oyunlarında isə 200-cü qol oldu.

-“Bakı”–“İnter” qarşılaşmasında Vaqif Cavadov 100-cü Bəxtiyar Soltanov isə 50-ci oyununu keçirdi

- Son turda “Gəncə”nin heyətində  7, “Turan”ın heyətində 6 futbolçu debüt etdi

RASİM ƏLİYEV

One Response to “TURUN STATİSTİKASI”

Leave a Reply