September 2017
M T W T F S S
« Sep    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

PostHeaderIcon TURUN STATISTIKASI

  “Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında yer alan futbolçulardan yalnız 8-i meydanda olub. Onlardan Ceyhun Sultanov və Fərhad Vəliyev daha çox – 3 pillə irəliləyib:

 1.(1).Mahmud Qurbanov (“Bakı”)                  403

 5.(5).Azər Məmmədov (“Gəncə”)          348

 23.(23).Yaşar Abuzərov (“Qəbələ”)                265

 53.(56).Ceyhun Sultanov (“Gəncə”)               227

 57.(58).Rəşad Abdullayev (“Neftçi”)              226

 74.(74). Cahangir Həsənzadə (AZAL)             210

 78.(79).Rəşad Sadiqov (“Qarabağ”)                206

 92.(95).Fərhad Vəliyev (“Qarabağ”)               192  

 “Çempionatın ən çox qol vuran 100 hücumçusu” siyahısında isə yalnız Georgi Adamiya fərqlənsə də, o, bu işin öhdəsindən artıqlaması ilə gələrək, 4 pillə önə keçib:

  28.(32).Georgi Adamiya (“Qarabağ”)             52

 “Daha çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısında isə 7 qapıçı aktivinə daha bir “quru oyun”əlavə edib. Daha böyük sıçrayış isə Elnar Kərimovun aktivinə yazılıb:

   5.(5).Cahangir Həsənzadə (AZAL)                  92

 9.(9).Fərhad Vəliyev (“Qarabağ”)          77

 28.(28).Pavel Dorosevs (“Qəbələ”)                 27

 42.(45).Davud Kərimi (“Muğan”)                   19

 49.(51).Georgi Lomaya (“İnter”)                     17

 53.(55).Kamal Bayramov (“Turan”)               14

 93.(103).Elnar Kərimov (“Qəbələ”)                  5

 “Əvəzolunmadan ardıcıl oyunlar seriyası”nda cuzi dəyişiklik baş verib. Belə ki, 17 oyunla 3-cü pillədə qərarlaşan Amil Ağacanov öz yerini təhvil verib. Cədvələ isə Milan Antiç yenicə qoşulub:

 1.Ansi Aqolli (“Qarabağ”)                         29                          
2.Volodimir Levin (İnter)                            20                           
3.Vurğun Hüseynov (“Turan”)                  15                          
4.Ştiv Olfers (“Qəbələ”)                           12                              
5.Admir Teli (“Qarabağ”)                              12                              
6.Stefan Bates (“Bakı”)                               12                              
7.Miloş Zeçeviç (“Muğan”)                      12                           
8.Milan Antiç (“Qəbələ”)                               10

 Bu turda da yaddaqalan məqamlar kifayət qədər baş verib:

  -“Qarabağ” – “Neftçi” qarşılaşmasında Georgi Adamiyanın vurduğu 1-ci qol, gürcü legionerin milli çempionatda 50-ci qolu oldu. Həmin oyunda Ruslan Əmircanov Premyer Liqada 150-ci, Vüqar Nadirov isə, “Qarabağ”ın heyətində 100-cü  oyununu keçirdi

 -“Xəzər-L” – “Bakı” qarşılaşması lənkəranlıların Premyer Liqada 200-cü, evdə isə 100-cü oyunu oldu.

 -“Muğan” – MOİK qarşılaşmasında Con Pelunun vurduğu qol, hərbçilərin səfərdə qapısına vurulan 250-ci qol oldu. Həmin oyunda Taqim Novruzov və Nizami Hacıyev 100-cü oyununu keçirdi.                       

 -“İnter” – AZAL oyununda isə, Branislav Çervenko 100-cü oyununu keçirdi

                                                          RASİM ƏLİYEV

One Response to “TURUN STATISTIKASI”

Leave a Reply