September 2017
M T W T F S S
« Sep    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

PostHeaderIcon Turun statistikası

“Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında yer alan futbolçulardan 8-i meydanda olub. Mahmud Qurbanov nəticəsini bir qədər də yaxşılaşdırmaqla yadda qalsa da, Ceyhun Sultanovun 2 pillə irəliləməsini də qeyd etmək yerinə düşər:

1.(1).Mahmud Qurbanov (“Bakı”)                  402

5.(5).Azər Məmmədov (“Gəncə”)          347

15.(15).Samir Musayev (“Simurq”)                288

23.(23).Yaşar Abuzərov (“Qəbələ”)                264

56.(58).Ceyhun Sultanov (“Gəncə”)               226  

74.(75). Cahangir Həsənzadə (AZAL)             209

76.(76).Elşən Məmmədov (“Muğan”)             208

79.(79).Rəşad Sadiqov (“Qarabağ”)                205

“Çempionatın 100 məhsuldar hücumçusu” siyahısında isə ən diqqəti çəkən məqam, bu siyahıya yeni bir futbolçunun – Angel Quterresin daxil olmasıdır. Yaşar Abuzərov da fərqlənməklə cədvəldə 2 pillə irəliləyə bilib:

 71.(73).Yaşar Abuzərov (“Qəbələ”)                28

99.-102.(-).Angel Qutierres (“Muğan”) 21

“Ən çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısına nəzər saldıqda, burada da yeni bir adla – Elçin Sadıqovla rastlaşırıq. Bu tur qol buraxmamaqla, o, adını ən güclülərin siyahısına yazdıra bilib:

 46.(48).Anar Nəzirov (“Qəbələ”)                    18

50.(50).Tariyel Hüseynov (MOİK)                  16

51.(52).Georgi Lomaya (“İnter”)                     16

92.-105.(-).Elçin Sadıqov (“Neftçi”)                 4

Fasiləsiz ardıcıl oyunlar siyahısında da dəyişiklik baş verib. Belə ki, akivində 20 oyun olan İqor Mitreski bu tur oynamadığından cədvəli tərk edib. 10 oyunla cədvəlin debütantı olan Martin Kerçev isə 2-ci hissə meydana daxil olduğundan, o da kənarda qalıb. Bu üzdən cədvəl də 10 nəfər tamamlanmadığından natamam vəziyyətə düşüb:

1.Ansi Aqolli (“Qarabağ”)                         28                         
 2.Volodimir Levin (İnter)                            19                           
3.Amil Ağacanov (“Muğan”)                17                         
4.Vurğun Hüseynov (“Turan”)                    14                          
5.Ştiv Olfers (“Qəbələ”)                           11                             
6.Admir Teli (“Qarabağ”)                          11                              
7.Stefan Bates (“Bakı”)                         11                              
 8.Miloş Zeçeviç (“Muğan”)                11

Bundan əlavə, bu tur bir sıra yaddaqalan məqamlarla da zəngin oldu :

 - “Xəzər-L” – “Qarabağ” oyununda İlqar Qurbanovun bu mövsüm debütü uğurlu alındı.Belə ki, o,  lənkəranlıların evdə qapısına vurulan 50-ci qolun müəllifi oldu.

-“Qəbələ”-“Turan” qarşılaşmasında Yaşar Abuzərov “Turan”ı səfərdə məyus edən 350-ci qolun, MOİK-“Simurq” qarşılaşmasında isə Ruhid Usubov hərbçilərin Premyer Liqada 200-cü qolunun müəllifi oldu.

-“Bakı”-AZAL oyununda Elvin Əliyev 150-ci oyununu,”Muğan”-“Gəncə” qarşılaşmasında Ekrem Hodziç 50-ci oyununu keçirdi. Baxmayaraq ki, sonuncu yubiley oyununu avtoqolla qeyd etdi.

RASİM ƏLİYEV

Leave a Reply