“TURAN”-”ZOOVET” TBİLİSİ 4:0
İlk turda səfərdə “İnter”lə qarşılaşacaq komandamız bu gün sonuncu yoxlama görüşünü keçirdi. Tovuz şəhər stadionunda Gürcüstan təmsilçisi “Zoovet”lə matçda başdan sona üstün oyun nümayiş etdirən “Turan” meydandan 4:0 hesablı qələbə ilə ayrıldı. Komandamızdan qolları Sergey Artyux, Georgi Beriaşvili, Yasin Abbasov və Martin Kerçev rəqib qapısından keçirdilər.
Hazırlığın 3-cü mərhələsi start götürür
Hazırlığın 2-ci mərhələsini Gürcüstanda başa vuran komandamız 2 günlük istirahətdən sonra bu gün Tovuzda yenidən bir araya gəlir. Əsgər Abdullayevin rəhbərliyi altında komanda saaat 19:30 məşqə çıxacaq. Gürcüstan hazırlıqları dönəmində komandaya qoşulan serbiyalı müdafiəçi Aleksand Dublyeviç və portuqailyalı Muhamadu Travalenin də bu günkü məşqdə iştirakı gözlənilir. Qeyd edək ki Tiflisdəki son yoxlama oyununda ”Qaqra”yla ikinci görüşdə də 2:2 hesabı qeydə alınmışdı.
Bu dəfə qələbə qazandıq
Gürcüstanda hazırlıqlarını davam etdirən “Turan” bu gün növbəti görüşünü keçirib. Bu dəfəki rəqib Fil Dişi sahilindən Gürcüstana baxışa gələn futbolçulardan ibarət komanda idi. Bu görüşdə daha üstün oynayan komandamız 2:1 hesablı qələbə qazandı. Qolları Sergey Artyux və Dmitri Parxaçov rəqib qapısından keçirdi. Komandamız növbəti görüşünü ayın 22-də keçirəcək.
“Qaqra”-”Turan” 2:2
Gürcüstanda təlim-məşq toplanışının ilk günündə komandamız “Qaqra” ilə yoxlama görüşündə qüvvəsini sınadı. Oyunun ilk dəqiqələrində rəqib 2-0 hesabə ilə önə keçsə də “Turan” tarazlıq yaratmağa nail oldu. Georgi Beriaşvilinin dublu ürcüstanın iddialı komandalarından “Qaqra” ilə oyunda məğlubiyyətdən xilas etdi. Bunda başqa Beriaşvili, Aleksandr Qoqoberişvili, Dmitri Parxaçov, Namiq Əliyev, Ramal Hüseynovun dafəqlənmək üçün əlverişli imkanları olsa da oyun 2-2 hesabı ilə başa çatdı. Bu gün bir məşqlə kifayətlənəcək komandamız sabah növbəti younunu keçirəcək.
İLİN STATİSTİKASI
“Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında il ərzində 30 futbolçu yaşıl meydanda olub ki, onlardan 6-ı cədvələ yeni qədəm qoyub. “Köhnələr”dən isə ən böyük irəliləyişə Ceyhun Sultanov nail olub – 29 pillə:
1.(1).Mahmud Qurbanov (“Bakı”) 403
2.(2).Aslan Kərimov (“Qarabağ”) 382
5.(6).Azər Məmmədov (“Gəncə”) 348
6.(5).Kənan Kərimov (“Gəncə”) 327
15.(16).Samir Musayev (Simurq) 288
19.(22).Xaqani Məmmədov (“Xəzər-L”) 274
23.(28).Yaşar Abuzərov (“Qəbələ”) 265
26.(36).Rauf Mehdiyev (“Neftçi”) 261
29.(40).Zaur Həşimov (“Qarabağ”) 254
31.(35).Emin İmaməliyev (“Qarabağ”) 251
32.(47).Samir Əliyev (“Simurq”) 251
39.(46).Elmar Baxşıyev (Neftçi) 240
41.(61).Alim Qurbanov (Xəzər-L) 238
42.(52).Rəfael Əmirbəyov (“Bakı”) 237
45.(48).Fərrux İsmayılov (“Muğan”) 235
52.(55).Namiq Əliyev (“Qəbələ”) 229
53.(81).Rəşad Abdullayev (“Neftçi”) 227
54.(83).Ceyhun Sultanov (“Gəncə”) 227
57.(54).Ayxan Abbasov (Qarabağ“) 226
73.(73).Aftandil Hacıyev (“Qarabağ”) 211
74.(94).Cahangir Həsənzadə (AZAL) 211
76.(95).Elşən Məmmədov (“Muğan”) 208
77.(-).Rəşad Sadiqov (“Qarabağ”) 207
79.(79).Emin Quliyev (“Simurq”) 205
89.(91).Ramin Quliyev (“Qəbələ”) 196
91.(-).Fərhad Vəliyev (“Qarabağ”) 193
97.(-).Vasif Haqverdiyev (“Gəncə”) 190
99.(-).Samir Abasov (“Qarabağ”) 188
100.(-).Elşən Poladov (AZAL) 187
101.(-).Ramal Hüseynov (“Gəncə”) 187
RASİM ƏLİYEV
TURUN STATİSTİKASI
“Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında son tur 9 futbolçu meydanda olub. Onlardan Rəşad Abdullayev daha çox – 3 pillə irəliləyib. Ən diqqətçəkən məqam siyahıya yeni futbolçunun – Ramal Hüseynovun da adının daxil olması olub:
1.(1).Mahmud Qurbanov (“Bakı”) 404
23.(23).Yaşar Abuzərov (“Qəbələ”) 266
26.(26).Rauf Mehdiyev (“Neftçi”) 261
41.(42).Alim Qurbanov (“Xəzər-L”) 238
54.(57).Rəşad Abdullayev (“Neftçi”) 227
74.(74). Cahangir Həsənzadə (AZAL) 211
77.(78).Rəşad Sadiqov (“Qarabağ”) 207
91.(92).Fərhad Vəliyev (“Qarabağ”) 193
100-101.(-).Ramal Hüseynov (“Gəncə”) 187
“Çempionatın 100 ən çox qol vuran futbolçusu” siyahısında cəmi 2 futbolçu fərqlənə bilib. Onlardan Yaşar Abuzərov daha çox – 3 pillə irəliləyə bilib:
28.(28).Georgi Adamiya (“Qarabağ”) 53
68.(71).Yaşar Abuzərov (“Qəbələ”) 29
“Ən çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısında isə yalnız 1 qapıçı – Georgi Lomaya fərqlənib:
47.(49).Georgi Lomaya (“İnter”) 18
Son turda da bir sıra yaddaqalan məqamlar baş verib:
-AZAL-“Qarabağ” qarşılaşmasında ağdamlılar Premyer Liqada 500-cü oyununu keçirdiyi halda, “Neftçi”-“Xəzər L” qarşılaşmasında lənkəranlılar səfərdə 100-cü oyununu keçirdi..
-“Qəbələ”-“Muğan” qarşılaşmasında qəbələlilər Premyer Liqada 50-ci qələbəsini qazandılar.Murad Hüseynovun qolu Davud Kərimini məyus edən 150-ci qol oldu.Bu oyunda Ravi Rəhmanov 50-ci oyununu keçirdi.
-MOİK-“Turan” qarşılaşmasında Azər Məmmədovun qolu hərbçilərin Premyer Liqada qapısına vurulan ümumilikdə 450-ci, ev oyunlarında isə 200-cü qol oldu.
-“Bakı”–“İnter” qarşılaşmasında Vaqif Cavadov 100-cü Bəxtiyar Soltanov isə 50-ci oyununu keçirdi
- Son turda “Gəncə”nin heyətində 7, “Turan”ın heyətində 6 futbolçu debüt etdi
RASİM ƏLİYEV
“TURAN”IN YENİ BAŞ MƏŞQÇİSİ ƏSGƏR ABDULLAYEV OLDU
Yeni baş məşqçi axtarışlarını davam etdirən klub rəhbərliyi Əsgər Abdullayevlə razılığa gəlib. Bu saatlarda “Turan” PFK-nın prezidenti Musa Süleymanovla tanınmış mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. Baş məşqçi ilə bir illik müqavilə imzalanıb. Vaxtilə millimizi çalışdırmış Əsgər Abdullayev “Bakı”, AZAL kimi iddialı komandaların da başında olub . Yaxın günlərdə növbəti mövsümün planları haqda ətraflı məlumat veriləcək.
TURUN STATISTIKASI
“Çempionatın 100 ən çox oyun keçirən futbolçusu” siyahısında yer alan futbolçulardan yalnız 8-i meydanda olub. Onlardan Ceyhun Sultanov və Fərhad Vəliyev daha çox – 3 pillə irəliləyib:
1.(1).Mahmud Qurbanov (“Bakı”) 403
5.(5).Azər Məmmədov (“Gəncə”) 348
23.(23).Yaşar Abuzərov (“Qəbələ”) 265
53.(56).Ceyhun Sultanov (“Gəncə”) 227
57.(58).Rəşad Abdullayev (“Neftçi”) 226
74.(74). Cahangir Həsənzadə (AZAL) 210
78.(79).Rəşad Sadiqov (“Qarabağ”) 206
92.(95).Fərhad Vəliyev (“Qarabağ”) 192
“Çempionatın ən çox qol vuran 100 hücumçusu” siyahısında isə yalnız Georgi Adamiya fərqlənsə də, o, bu işin öhdəsindən artıqlaması ilə gələrək, 4 pillə önə keçib:
28.(32).Georgi Adamiya (“Qarabağ”) 52
“Daha çox oyunda qol buraxmayan 100 qapıçı” siyahısında isə 7 qapıçı aktivinə daha bir “quru oyun”əlavə edib. Daha böyük sıçrayış isə Elnar Kərimovun aktivinə yazılıb:
5.(5).Cahangir Həsənzadə (AZAL) 92
9.(9).Fərhad Vəliyev (“Qarabağ”) 77
28.(28).Pavel Dorosevs (“Qəbələ”) 27
42.(45).Davud Kərimi (“Muğan”) 19
49.(51).Georgi Lomaya (“İnter”) 17
53.(55).Kamal Bayramov (“Turan”) 14
93.(103).Elnar Kərimov (“Qəbələ”) 5
“Əvəzolunmadan ardıcıl oyunlar seriyası”nda cuzi dəyişiklik baş verib. Belə ki, 17 oyunla 3-cü pillədə qərarlaşan Amil Ağacanov öz yerini təhvil verib. Cədvələ isə Milan Antiç yenicə qoşulub:
1.Ansi Aqolli (“Qarabağ”) 29
2.Volodimir Levin (İnter) 20
3.Vurğun Hüseynov (“Turan”) 15
4.Ştiv Olfers (“Qəbələ”) 12
5.Admir Teli (“Qarabağ”) 12
6.Stefan Bates (“Bakı”) 12
7.Miloş Zeçeviç (“Muğan”) 12
8.Milan Antiç (“Qəbələ”) 10
Bu turda da yaddaqalan məqamlar kifayət qədər baş verib:
-“Qarabağ” – “Neftçi” qarşılaşmasında Georgi Adamiyanın vurduğu 1-ci qol, gürcü legionerin milli çempionatda 50-ci qolu oldu. Həmin oyunda Ruslan Əmircanov Premyer Liqada 150-ci, Vüqar Nadirov isə, “Qarabağ”ın heyətində 100-cü oyununu keçirdi
-“Xəzər-L” – “Bakı” qarşılaşması lənkəranlıların Premyer Liqada 200-cü, evdə isə 100-cü oyunu oldu.
-“Muğan” – MOİK qarşılaşmasında Con Pelunun vurduğu qol, hərbçilərin səfərdə qapısına vurulan 250-ci qol oldu. Həmin oyunda Taqim Novruzov və Nizami Hacıyev 100-cü oyununu keçirdi.
-“İnter” – AZAL oyununda isə, Branislav Çervenko 100-cü oyununu keçirdi
RASİM ƏLİYEV
























